Hər gün pomidor yemək üçün əsas SƏBƏB


Likopen bir çox qırmızı və narıncı bitkilərin tərkibində olur, orqanizmdə əsas funksiyası antioksidant effektdir...

her-gun-pomidor-yemek-ucun-esas-sebeb
21.11.2024 19:30 1 dəq oxuma

"Hər gün pomidor yemək lazımdır, çünki onun tərkibində istənilən yaşda olan insan üçün faydalı maddələr var".

TurpKimi.com bildirir ki, bunu “Lenta.ru”ya müsahibəsində Natalya Balan bildirib. Onun sözlərinə görə, bu tərəvəz orqanizmi qocalmaqdan qoruyan, ürək xəstəlikləri riskini və xolesterinin səviyyəsini azaldan likopenlə zəngindir.

“Yaşla əlaqədar bir çoxları görmə qabiliyyətinin pisləşməsi, kataraktların inkişafı ilə rastlaşır və retinaya ziyan vurur. Pomidorda isə A və C vitaminləri, eləcə də göz sağlamlığını dəstəkləyən beta-karotin var”, - tibb işçisi izah edib.

Mütəxəssis qeyd edib ki, pomidorun tərkibində qan təzyiqini tənzimləyən və bədəndəki artıq natriumu çıxaran kalium var. Bu tərəvəz sümükləri gücləndirən kalsium, K vitamini və qəbizliyin qarşısını almağa kömək edən liflə zəngindir. Bundan əlavə, pomidor mədə-bağırsaq traktının vəziyyətini yaxşılaşdırır.

“Pomidor qızdırıldıqda, tərkibindəki likopenin miqdarı artır və həzm edilməsi üçün asanlaşır. Lakin bu zaman C vitamininin tərkibi azalır”, - Balan əlavə edib.

Firuzə Alimova / TURPKİMİ.COM