Hər gün sulu xörək yemək zərərli ola bilər


Bu xəstəliyi olanlar üçün problemlidir...

her-gun-sulu-xorek-yemek-zererli-ola-biler
17.04.2022 10:30 1 dəq oxuma

Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükələri barədə xəbərdarlıq edib.

Həkim bildirib ki, mədə-bağırsaq traktında qastrit, pankreatit və ya mədə xorası kimi problemi olan insanlar bu yeməyi pəhrizdən çıxarmalıdırlar. Belə ki, şorbaların tez-tez ət və ya balıq bulyonları ilə hazırlanır.

“Belə yeməklər xlorid turşusunun istehsalını stimullaşdırır. Mədə-bağırsaq traktında problemlər olduqda isə bu, zərərlidir. Şorba istehlakının azaldılması iltihabı ağırlaşdırmamağa imkan verir”, - deyə Şustova bildirib.

Eyni zamanda, o, qeyd edib ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkməyənlər hər gün şorba yeyə bilərlər.

Mənbə: “RİA Novosti” / Oxu.az