Hər gün üzüm yemək üçün 7 SƏBƏB


Uzun müddət üzüm yeməyə davam etsəniz, bədəninizdə bir neçə faydalı dəyişiklik yaşayacaqsınız...

her-gun-uzum-yemek-ucun-7-sebeb
02.10.2025 17:56 2 dəq oxuma

Müntəzəm olaraq üzüm yemək həm qısamüddətli, həm də uzunmüddətli sağlamlıq faydaları təmin edir.

TurpKimi.com “Parade” nəşrinə istinadla bildirir ki, üzümün bəzi faydaları onu qidamıza daxil etdikdən dərhal sonra nəzərə çarpır. Bunlar hansılardır?

1. Üzüm bədənin su balanısını qoruyur. Çünki üzümün əsası sudur və tərkibində kalium kimi elektrolitlər var.

2. Həzmi yaxşılaşdırır. Üzüm yaxşı həll olunan (suda həll olan, faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edən gelə bənzər bir maddə əmələ gətirir) və həll olunmayan lif (suda həll olunmayan və nəcisə kütlə əlavə edən) qaynağıdır. Üzüm yüksək su tərkibi ilə qidanın hərəkətinə kömək edir, şişkinlik və qəbizliyin qarşısını alır.

3. Qan şəkəri stabil olur. Belə ki, üzüm tərkibindəki lif sayəsində qanda şəkərin kəskin artmasına səbəb olmur. Əksinə, qan şəkərinin səviyyəsinin sabit saxlamaqla ani enerji sıçrayışlarının qarşısını alır və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Əgər uzun müddət müntəzəm olaraq üzüm yeməyə davam etsəniz, bədəninizdə daha bir neçə faydalı dəyişiklik yaşayacaqsınız.

4. Orqanizmdəki iltihab azalacaq. Üzümdə bir neçə növ flavonoid və xroniki iltihabın qarşısını almağa kömək edən antioksidanlar var.

5. Davamlı üzüm yemək ürək-damar sağlamlığını yaxşılaşdıracaq. Bunun əsas səbəbi güclü flavonoidlərdir. Bu flavonoidlər bədəndəki iltihabı azaltmağa kömək edir və bu da ürək-damar xəstəlikləri riskini azaldır.

6. Xəstələnmə ehtimalınız azalacaq. Üzüm yemək immuniteti gücləndirir. Sitrus meyvələri kimi üzümdə də immun sistemi üçün faydalı olan C vitamini var.

7. Beynin sağlamlığını dəstəkləyir. Orqanizmdə azaldılmış iltihab, həm də Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin riskinin qarşısının alınması deməkdir.

O zaman ortaya həm də maraqlı bir sual çıxır: yaşıl, yoxsa qırmızı üzüm?

Diyetoloqlar hər ikisinin sağlamlıq faydalarının faktiki olaraq eyni olduğunu iddia edir. Lakin qırmızı üzümün yaşıldan üstün cəhətlərindən biri onun tərkibində ürək sağlamlığı üçün xüsusilə faydalı olan antioksidant resveratrolun daha çox olmasıdır.

Firuzə Alimova / TURPKİMİ.COM