Hər paydan 100 kalori azaltmağın   - 15 yolu


Oturaq həyat tərzi,  şəhər həyatı, qeyri-sağlam qidalanma insanlarda piylənməni sürətləndirir.

her-paydan-100-kalori-azaltmagin
14.03.2022 20:00 3 dəq oxuma

Kökəlmə müasir zamanın ən çox əziyyət çəkilən xəstəliklərindəndir.  

TurpKimi.com xəbər verir ki,  diyetoloq və sağlam yaşam üzrə mütəxəssis Gizem Şeberin verəcəyi bəzi sadə yollar ilə hər payınızı 100 kalori azalda biləssiz.

Gündə 300 kalori azaltmaqla həftədə 2100 kalorini itirmiş olursuz. Bu da fərqində olmadan ayda 1 kiloqram itirmək mənasına gəlir.

TƏK SEÇİM YAXŞIDIR

Restoranda yemək yediyiniz zaman; Eyni menyuda  birdən çox variant gəlir. Bu variantlardan birini belə azaltmaq, 100 kaloridən xilas olmaq deməkdir. 

BALACA ÖLÇÜDƏ QƏHVƏ

Gün ərzində kremli qəhvə içmək vərdişiniz var isə yalnız böyük ölçüdən  balacaya keçmək lazımdır.  Seçiminizi sadəcvə şəkərsiz etmək orta hesabla 100-200 kaloridən imtina deməkdir. 

SOUS SEVƏNLƏR, AZALDIN

Souslu yemək, souslu salat, souslu ət sevərlər bu ləzzətdən yan keçə bilmirlərsə, normal sous  miqdarını yarıya qədər endirməlidirlər. Bu da gündəlik 100 kalori azaltmaq deməkdir.

BİŞİRƏNDƏ DADMAQDAN İMTİNA EDİN

Hazırladığınız yeməklərin duzuna baxmaq üçün yediyiniz bir qaşıq, kökələrin və şirniyyatların dadına baxmaq üçün atışdırdığınız bir hissənin gündəlik 100-300 kalori arasında olduğunu unutmayın.

SALATLARDAKI  ƏLAVƏLƏRƏ DİQQƏT

Salatlara əlavə olunan quru ərik, quru üzüm, nar, quru meyvə, çərəzlər  salatın yalnız bəsləyici dəyərini deyil, eyni zamanda kalorisini də yüksəldir. Salatların yalnız sous deyil, tərkibinə də diqqət etməklə orta hesabla gündəlik 100 kalori azaldırsız. 

"ZEYTUN YAĞI XEYİRLİDİR"-DEYƏ ÇOX İŞLƏTMƏYİN

Zeytun yağının sağlamlığa olan faydaları saymaqla bitmir, amma; 1 çay qaşığı təxminən 45 kaloridir. Sağlam deyə, bol istifadə etdiyiniz zeytun yağı artıq çəkilərinizn  gizli səbəbi ola bilər. Yeməkləri 1 yemək qaşığı zeytun yağı ilə bişirmək, salatlara isə 1 çay qaşığı zeytun yağı əlavə etmək sizi gündəlik orta hesabla 100-250 kaloridən xilas edəcəkdir.

OMLET YEYİRSİNİZSƏ, SADƏSİNİ SEÇİN

Səhər yeməkdə qarışıq omlet yerinə pendirli və ya sadə omlet sifariş vermək  və sifariş əsnasında az yağlı olmasını demək çətin deyil, amma kalori qarşılığı təxminən 130 kaloridir.

VAFLİ ƏVƏZİNƏ PROBİOTİK QATIQ

Şirin yemə ehtiyacı duyduqda istehlak edəcəyiniz 1 vafli əvəzinə 1 qutu meyvəli probiotik qatıq yemək, 130 kalori azaltmaq deməkdir. 

KARTOF QIZARTMASI YERİNƏ KARTOF SOYUTMASI/SOBADA KARTOF 

Kartof qızardarkən ümumi çəkisinin təxminən 10 faizi  qədər yağ çəkdiyini bilirdinizmi? Ona görə də kartof qızartması yerinə sobada kartof və ya soyutma  seçim etmək sizə 100 kalori itirdəcək. 

 BULKU ƏVƏZİNƏ NAZİK SİMİT

1 ədəd bula və ya 1 pay piroq yerinə halqa simit yemək  orta hesabla 100-200 kalori az almaq deməkdir.

BÖYÜK SENDVİÇ/HAMBURGERİN ÇÖRƏYİNİ ÇIXARTMAQ

Böyük pay sendviç və ya kotlet sifariş etmək məcburiyyətində qaldıqda çörək kəsiyinin birini çıxartmaq 100 kalori az yemək deməkdir. 

KARTOF ÇİPSİSİ YERİNƏ PARTLAMIŞ QARĞIDALI

 Evdə film izləyərkən, 1 paket kartof çipsisi  yerinə yağsız 2 ovuc pop-korn yeməyiniz 100 kaloridən keçmək deməkdir. 

QİYMƏ ƏVƏZİNƏ TƏRƏVƏZLİ MAKARONA ÜSTÜNLÜK VERİN

Qiymə və ya ət əlavə olunmuş makaron əvəzinə tərəvəzli makaron yemək 100 kalori azaltmaq deməkdir. 

PİDE ƏVƏZİNƏ LAHMACUN

Qiyməli/ətli və ya pendirli pide əvəzinə  1 lahmacun yemək, gündəlik 150 kalori az almaq deməkdir. 

 QALIN XƏMİR YERİNƏ İNCƏ XƏMİRLİ PİZZA

Qalın xəmir yerinə incə xəmirli pizza 100 kalori azaltmaq deməkdir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 24-04-2021