Hər dərdə dərman olan qatıq hər yaşda şəfa qaynağıdır.
Mütəmadi istifadə etdikdə bir çox narahatlığa son qoyan qatıq kifayət qədər süd məhsulu istehlak edə biliriksə gündə 1 kasa yemək bəs edir, ancaq kifayət qədər süd məhsulu istehlak edə bilmiriksə 2 kasa yemək kifayət edir.
TurpKimi.com səhərlər təzə qatıq yeməyin faydalarını araşdırıb:
Dəri quruluğunu aradan qaldırar. Nizamlı olaraq hər səhər ac qarına qatıq yemək dəri sağlamlığı üçün çox faydalıdır, rəng dəyişikliyini azaldır və dəriyə ehtiyacı olan nəmi qazandırır.
Böyrək daşı salmağa kömək edir və böyrəklər üçün zərərli olan duzların yığılmasının qarşısını alır.
Kalsium baxımından zəngin olan qatıq sümüklərin daha güclü olmasını təmin edir.
Bağırsaq florasını yaxşılaşdırır.
Dərinin altındakı yağ toxumalarını çoxaltdığı üçün ac qarına qatıq yemək qırışıqları azaldır.
Həzm sisteminin daha sürətli işləməsinə kömək edərək qəbizliyi aradan qaldırır.
Zülal və kalsium anbarı olduğundan bədənə gümrahlıq verir və gün boyu enerjili olmağınıza kömək edir.
Ac qarına içilən qatıq suyunun faydaları
Ac qarına içdiyimiz qatıq suyu həzmi asanlaşdıraraq qəbizliyi aradan qaldırır və bədəndə olan yağların parçalanmasını təmin edir. Əgər güclü diyet saxlayırıqsa hər səhər ac qarına qatıq suyu içə bilərik. Qatıq suyu əzələ toxumalarını qoruyur, yağ qatının əriməsinə kömək edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com