Həyatdan nə qədər razısınız? - Psixoloji test


Bunu ingilis V. Koulmanın testinin köməkliyi ilə təyin etmək olar.

heyatdan-ne-qeder-razisiniz
30.05.2022 13:54 1 dəq oxuma

Sadəcə aşağıdakılara cavab vermək lazımdır.  TurpKimi.com sualları təqdim edir:

  1. Başqaları sizdən yaxşı geyinirmi?
  2. Siz başqa evdə yaşamaq istərdinizmi?
  3. Başqa bir işdə işləmək istərdinizmi?
  4. Haçansa başqasının əvəzinə özünüzü göstərərdinizmi?
  5. Həyatda etdiyiniz işlərlə fəxr edirsinizmi?
  6.  Siz partnyorunuzla yola gedirsinizmi?
  7. Sizin dostlarınızla münasibətiniz hər zaman yaxşıdırmı?
  8. Siz öz qohumlarınızla dil tapa bilirsinizmi?
  9. Siz seksual həyatınızdan razısınızmı?
  10. Sizin görkəminiz xoşunuza gəlirmi?
  11. Yaxşı yatırsınızmı?
  12. Siz tez-tez ümidsizliyə qapanıb əsəbləşirsiniz?
  13. Aktiv olmaq xoşunuza gəlirmi?
  14. Siz asanlıqla rahatlanırsınız?
  15. Taleyin sizə qarşı ədalətsiz olmağını düşünürsünüzmü?

Açar

1-4, 12 və 15 suallarına mənfi cavab sizə 1 xal,  5-11, 13 və 14 suallarına isə əksinə: onlara  “Hə” cavabı 1 xalla hesablanır.

Testin xallarının hesablanması

9 xal və çox: Siz həyatınızdan çox razısınız. Bəzi şeyləri dəyişdirmək istəyiniz çox təbiidir, buna baxmayaraq, ümumiyyətlə siz malik olduqlarınızla məmnun və xoşbəxtsiniz.

4-8 xal: Siz əsasən razısınız,  lakin bir çox şey var ki, siz onları dəyişdirmək imkanına malik olmaq istərdiniz. 

3 xal və aşağı: Siz şübhəsiz narazısınız. Bir çox şeylər mövcuddur ki,  siz onları dəyişmək istərdiniz. Həyat tərzinizdə az şeylər razılıq yaradır. 

Yazılıb: 12.09.2019-cu ildə...

Mənbə: “Psixoloji testlər- Özünü Tanı” kitabı (Asəf Zamanov, Hökümə Əliyeva)

Vüsalə Əlövsətqızı, Turpkimi.com