Həyəcan təbili çalınır - İnsan nəslinin tükənmə riski


Araşdırmalara görə, insan nəslinin davam etdirilməsində həyati bir rol oynayan  sperma sayı  sürətlə azalır.  Bu azalma  insan nəslini də risk altında qoyur. 

heyecan-tebili-calinir
28.02.2021 16:52 2 dəq oxuma

ABŞ-lı epidemioloq Şanna Svan (Shanna Swan) son illərdə aparılan  araşdırmaları bir yerə yığıb. "Count Down" (Geriyə sayma) adlı kitabında insanlığı gözləyən təhlükələrdən bəhs edib. İnsanın çoxalmasına qarşı yaradılan risklər 2050-ci ildə insanın təbii yollarla çoxalmasına da maneə olacaq. 

TurpKimi.com həmin kitabdan bəzi qeydləri təqdim edir:

1973-2011-ci illər  arasında sperma sayı 59 faiz azalıb. Bu müddətdə testis xərçəngi və ereksiya  problemi ilə bağlı xəstəliklərdə  çoxalma var. Bu sürətdə davam edərsə,  2045-ci ildə sperma sayının yüzdə 0, yəni sıfır faiz  olması qaçınılmazdır.

Doğurqanlıq 2.4 faizə düşüb

1964-2018-ci illər arasında qadınlarda doğurqanlıq nisbəti  5.06 faizdən 2.4 faizə düşüb. 

 Bu gün dünyadakı ölkələrin yarısında doğurqanlıq nisbəti  2.1 faizdən aşağıdır. 2050-ci ildə bu səviyyədəki doğuş  nisbətinin ölkələrin üçdə ikisinə yüksəlməsi gözlənilir. 2050-ci ildə təbii yollarla törəmək çətinləşəcək. İnsanların 40 faizdən çoxu törəmək üçün texnoloji üsullara müraciət edəcək.

İnsan nəslinin davamlı çoxalmasına ən çox kimyəvi maddələr mane olur. Bunlar ən çox plastik məhsullarda olan  ftalat və BPA kimyəvi maddələridir. Bu kimyəvi maddələr endokrin yəni, vucüdun daxili  ifrazat vəzlərinin meydana gətirdiyi sistemi pozur. Bu vəzlər  tərəfindən ifraz olunan kimyəvi maddələr çoxalma  orqanlarına birbaşa təsir edir. Qablaşdırma, əkinçilikdə istifadə edilən dərmanlar, kosmetika, oyuncaq, çanta, ayaqqabı, dərman, tibbi  ləvazimatlarda  ftalat və BPA-yə çox sıx rast gəlinir. İnsanların şəhər həyatına can atması - şəhərləşmə bu kimyəvi maddələrə  məruz qalma və piylənmə  riskini yüksəldir. Çoxalma sürətinin qarşısını alan ictimai və iqtisadi faktorlar isə bunlardır:

Doğuma  nəzarət üsulları, kiçik ailə anlayışı, yuxarı  yaş hamiləliyi, uşağa baxma xərclərinin artması və iqlim böhranı ilə  birlikdə hava çirkliliyinin artmasıdır. İnsanlıq  nəslin artırılmasının mümkün olmadığına kifayət edən   5 meyardan 3-ünə uyğundur.  Hazırkı dünyanın mənzərəsində bu 3 meyar var. Bunlar ekoloji təxribat (təbii yaşayış sahələrinin azalması), yaşamağa yararlı  sahələrin qoruna bilməməsi, tənzimləmə mexanizmlərinin qeyri-kafi olması, insan əliylə varlığı təhdid edən ünsürlərdir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com