Heyvan qalığı zənn edib evə gətirdi - anlayanda isə gec oldu


İngiltərənin Kent  şəhərində sahildə qızı ilə yürüşə çıxan ana dəniz kənarından naməlum obyekt tapıb.

heyvan-qaligi-zenn-edib-eve-getirdi
15.12.2020 22:36 1 dəq oxuma

Qadın bu obyekti hansısa qədim heyvanın qalığı zənn edərək evə gətirib. Nəsnənin nə olduğunu anlayanda isə iş-işdən keçmiş olub.  

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  38 yaşlı Judi 8 yaşlı qızı ilə birlikdə nəsnənin şəklin çəkərək sosial mediada paylaşıb. 

Şəhər Bələdiyyəsində işləyən bir xanım obyektin balinadan qalan nəsnə olduğunu bildirərək yoxlamağı məsləhət görüb. Qadın başına gələcəklərdən xəbərsiz isti iynəni nəsnəyə yaxınlaşdırıb. Judi İkinci Dünya Müharibəsindən  qalan bir bombaya isti  iynəni vurduğu anda ağ tüstülər çıxıb. O dərhal bombanı əlüzyuyana atıb və suyu açıb. 

Judinin qızı cəld mətbəxi tərk edib. Judi isə canını zorla qurtararaq çölə çıxıb. Qonşular güclü partlayış səsinə gəlib. 

Evə gələn xilasedici dəstə   obyekti araşdırdıqda İkinci Dünya Müharibəsindən qalan bomba olduğunu bildirib. 80 illik tarixi olan bir bomba mumla əhatə olunub. Çox gümanki döyüş gəmilərindən atılan bomba tipidir. Dalğalar bombanı sahilə atıb. 

Judi və qızı bu hadisədən sağ çıxdıqları üçün şanslı olduğunu deyib və çöldən tapılan heç bir şübhəli əşyaya yaxın durmamağı tövsiyyə edib.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com