Heyvanın tumlarını toplayıb suda saxladıqda nəyə faydalıdır?
Qış fəslinin sarı gözəli olan heyvanın tumlarının inanılmaz faydalarından danışmamaq mümkün deyil.
TurpKimi.com xəbər verir ki, orqanizmə hərtərəfli faydalı olan heyva toxluq verir, dərini cavanlaşdırır.
Lakin tumu heyvanın özündən daha şəfalıdır deyə bilərik. Gözəlikdən sağlamlığa, yeməkdən təmizliyə qədər bir çox sahədə istifadə oluna bilər.
Bəs heyvanın tumlarını toplayıb suda saxladıqda nə olur?
Bütöv heyvanın tumlarını çıxarıb yarım stəkan təmiz içməli suda saxlayın. 24 saat saxladıqdan sonra suyun gel kimi qatılaşdığının şahidi olacaqsınız.
Əldə etdiyiniz bu geli təmiz dəriyə sürtüb 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun. Bu proseduru hər gün təkrarlaya bilərsiniz.
Heyva tumunun geli dəridəki yanıq, qızartdı, anke, qara nöqtə və məsamələr kimi bir sıra problemləri aradan qaldırmaqda kömək edir.
Heyvanın tumlarını qaynadıb əldə edilən suyunu saçlarınıza sürtsəniz saçlarınız parıldayacaq, uzanacaq və gec yağlanacaq.
Həmçinin tumun gelindən hamiləlik və ya çəki verdikdən sonra yaranan çatların qarşını almaq üçün də istifadə edilə bilər.
Firuzə Alimova / TurpKimi.com