Heyvanın orqanizmi şüalanmadan təmizlədiyini bilirdiniz? - Zəhərli mühitdə işləyənlərin DİQQƏTİNƏ


Mövsümündə hər meyvə ilə qidalanmaq vacib şərtdir.

heyvanin-orqanizmi-sualanmadan-temizlediyini-bilirdiniz
09.12.2019 13:28 2 dəq oxuma

Heyva təzə formada hadir hallarda yeyilir. Lakin heyvanı bişirib yedikdə xoş təam əldə edilir.

Heyvanın vətəni Qafqaz hesab olunur. Mülayim iqlimi olan bölgələrdə də yetişə bilir. Armudabənzər sarı rəngli heyvaya çox vaxt saxta alma da deyilir.

Heyvanın tərkibində bir çox faydalı maddələr – pektin birləşmələri, qlükoza, fruktoza, kalium, kalsium, dəmir, fosfor və mis, həmçinin A, B, C, E və PP vitaminləri, mikroelementlər var.

Tərkibində çoxlu miqdarda pektinin olan heyvadan radionuklidlərlə çirklənmiş ərazilərdə yaşayan və ya zəhərli mühitdə işləyən insanların yeməsi üçün tövsiyə olunur. Çünki pektinin ən dəyərli xüsusiyyəti radionuklidləri (radioaktiv nüvələr – parçalanan və şüalanma buraxan qeyri-stabil nuklidlər radionuklid adlanır) orqanizmdən təmizləmək qabiliyyətinə malik olmasıdır.

Heyva ağızbüzən, hemostatik, sidikqovucu və antiseptik təsir göstərir. Qrip olarkən heyva yeyildikdə bədəndə bakteriyaların təsir gücü azalır.

Tərkibində dəmirin miqdarı yüksək olduğuna görə heyvadan anemiyanın müalicəsində, həmçinin uzun müddətli xəstəliklərə qarşı istifadə olunur.

Heyvadakı pektin birləşmələri həzm problemlərinin həllində kömək edir.

Güclü zehni yorğunluq və stress zamanı heyva yemək məsləhətlidir. Çünki tərkibində çoxlu miqdarda antioksidant var.

KİMLƏR HEYVA YEYƏRKƏN EHTİYATLI OLMALIDIR?

Mədə xorası olan insanlara heyva yemək tövsiyə edilmir. Bağırsaqların sıxılmasına və tıxanmasına səbəb ola bilən büzücü təsirə malikdir.

Heyvanın üzərində olan tüklər qıcıqlanma verərək öskürəyə səbəb ola və bağırsağa ziyan verə bilər.

Firuzə Alimova / TurpKimi.com