Hıçqırmaq körpələr üçün nəyə görə önəmlidir? - Yeni araşdırma


İngilis alimlər ana bətnində körpələrin nəyə görə davamlı olaraq hıçqırdığını araşdıraraq  maraqlı nəticəyə gəliblər.

hicqirmaq-korpeler-ucun-neye-gore-onemlidir
23.11.2019 11:49 1 dəq oxuma

İngiltərədə aparılan araşdırmalara görə,  yeni doğulmuş körpələr nəfəs alma prosesinə  nəzarət etməyi öyrənmək üçün hıçqırır.

TurpKimi.com xəbər verir ki,  araşdırmaya görə, hər hıçqırıq beynə səs dalğası göndərir. Körpə səs ilə hıçqırıq arasındakı əlaqəni kəşf edib beynini inkişaf etdirərək diafraqma əzələlərindən istifadə etməyi və  bu səbəbdən nəfəs almağı öyrənir.

Körpələrin beynini inkişaf etdirir

Ana bətnində olan körpələrin hıçqırması valideynlər tərəfindən narahatlıqla qarşılana bilər.  Alimlər yeni doğulmuş körpələrin hıçqırmasının nəfəslərinə nəzarət etməyi öyrənmək üçün etdiklərini üzə çıxardıb.

Alimlər qeyd ediblər ki,  körpələr hıçqırdığında sinəsindəki hisslə əlaqəli beynə səs dalğası göndərir və bu körpələrin beynini inkişaf etdirərək diafraqma əzələlərindən istifadə etməyi,  nəfəs almağı öyrədir. 

Araşdırma 217 körpə üzərində aparılıb

"University College London"un alimləri 217 körpə üzərində təcrübə aparıblar. Onların başlarındakı elektrodlardan istifadə edərək hər hıçqırıqlarında tətiklənən beyin dalğalarını qeydə alıblar. 

Araşdırmaya görə,  hıçqırıqlar diafraqmanın ani bir hərəkətinə səbəb olur, beyin dalğaları körpələri bu əzələsini necə idarə edə biləcəyini öyrədir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com