Hindistanda inəyin sidiyi nəcisi də daxil olmaqla müqəddəs sayılır.
Hindistanda koronavirusa yoluxmamaq üçün inək sidiyi içmə şənliyi təşkil edilib.
"TurpKimi.com"un məlumatına görə xəbərdə qeyd edilir ki, inək sidiyi içmək hindlilər üçün hər dərdə dəva sayılır. Hindistanda müqəddəs sayılan inəyin bu dəfə koronavirusa qarşı onlara dəva olacağı düşünülüb. Bir qrup hindli tərəfindən COVİD-19-a qarşı keçirilən inək sidiyi içmə şənliyində 200-ə yaxın insanın iştirak etdiyi bildirilib.
Mütəxəssislər tərəfindən inək sidiyi içməyin koronavirusa qarşı qoruyucu təsiri olduğu açıqlanmasa da şənlikdə iştirak edənlərin çox olduğu deyilir.
Hindistanda inəyin sidiyi nəcisi də daxil olmaqla müqəddəs sayılır və hindlilər üçün ən gözəl qorunma üsuludur.
Şənlikdə iştirak edən Om Prakaş 21 ildir inək sidiyi içərək və inək peyinində çimərək, heç bir ingilis dərmanlarından istifadə etmədən xəstəliklərdən qorunduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəlki tədbirdə yenə bir qrup hindli koronavirusa yoluxmamaq və qorunmaq üçün inəyin nəcisini suya qarışdırıb duş almışdılar.
Firuzə Alimova / TurpKimi.com