Hollandiyadakı tərbiyədə hər birimizi təəccübləndirəcək nə var?
Hollandiyanın uşaq tərbiyə etmək məsələsində xüsusi yanaşması var. Artıq onlara səslərini ucaltmır, məktəbdə maraqlı olmayan fənni öyrənmələri üçün məcbur etmir və heç bir halda uşaqlara əl qaldırmırlar.
Ümumiyyətlə, Hollandiyada uşaqlara xüsusi yanaşılır, onlara böyüklər kimi davranılır. Geyimlərlə ürəklərini oxşamırlar, ağızlarını silmirlər, şirinlik edib danışmırlar, qarınlarını yeməklə doldurmurlar və praktiki olaraq heç nəyə məcbur etmirlər.
Uşağa erkən yaşlarından bir neçə sərbəst davranışlar öyrədilir. Məsələn; paltar seçimi həmişə uşağa aiddir. Əgər başqa ayaqqabıda gəzintiyə çıxmaq istəyirsə, elə də olsun. Ümumiyyətlə, burada uşaqlara hər şeydə azadlıq verilir.
Uşağın geyimi kimi xırda şeylərə hollandlar heç fikir də vermir. Lakin bütün ailələrdə uşaqları “mehriban və səmimi olmaq, yalan danışmamaq, pis sözlər işlətməmək” kimi vacib qaydalar öyrədilir. Bundan başqa, uşaqlara balaca yaşlarından idmana sevgi aşılanır və velosiped sürmək öyrədilir.
Hollandiyadakı tərbiyədə hər birimizi təəccübləndirəcək başqa nə var? Deməli, ordakı uşaqlara “ağlama, sən kişisən” və ya “kimə oxşayırsan, qızsan?” kimi ifadələr deyilmir. Bəli, bütün Avropada olduğu kimi burada da gender təhsili çox ciddi qəbul edilir.
Məktəblərdə şagirdin qiymətini sinifdə hamı bilmir. Qiyməti bilən bir şagird, bir də valideyn olur.
Məcburi şəkildə məktəbə, dərs oxumağa aparmırlar. Əgər uşaq üçün hansısa fənn maraqlı deyilsə, o zaman sakit şəkildə dərsi tərk edə bilər. Burda ev tapşırığı çox nadir hallarda verilir. Bir sözlə, məktəb proqramı elə qurulub ki, uşaq dərsdən sonra onun üçün maraqlı olan hər şeylə məşğul ola bilsin.
Mənbə: oboldeno.ru
Firuzə Alimova / TurpKimi.com