"Çin malı" yenə keyfiyyətsiz çıxdı.
Hollandiyada səhiyyə işçilərinə paylanan “Çin malı” maskaların qorumadığı üzə çıxıb.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Niderland İctimai Yayım Agentliyinin (NOS) rəsmi internet səhifəsində açıqlama verib.
Yeni növ koronavirusun qarşısını almaq üçün Niderlandın Çindən idxal etdiyi 1,3 milyon maskadan 600 mininin kifayət qədər standartlara uyğun olmadığı aşkarlanıb.
Açıqlamada Səhiyyə Rifah və İdman Nazirliyi Çindən maska idxalını dayandırdığı, alınan 600 min maskanın geri toplanmasına qərar verildiyi bildirilib. Bundan sonra idxal ediləcək maskaların əlavə testlərdən keçiriləcəyi də qeyd edilib.
Belə ki, paylanılan maskaların keyfiyyətindən şübhələnən bəzi xəstəxanalar araşdırılması üçün Niderland Tətbiqi Elmi Tədqiqat Təşkilatına (TNO) müraciət edib. Müraciətdən sonra TNO təhlükəsizlik və sağlamlıq standartları daşımayan maskaların koronavirusun tənəffüs yolu ilə keçməsinin qarışısını almadığı müəyyən edilib.
Ölkədə kifayət qədər maska olmadığından səhiyyə işçilərinin köhnə maskalardan dezinfeksiya edərək yenidən istifadə etdiyi deyilib.
Qeyd edək ki, Türkiyənin Çindən aldığı virusun tez aşkarlanması testləri də zibilə atılıb. Bu dəfə eyni hadisə Niderlandda keyfiyyətsiz maskalarda yaşanıb.
Firuzə Alimova / TurpKimi.com