Hollivud ulduzlarının gözəllik sirri - Hollivud pəhrizi-7 günə 6 kilo


Hollivud ulduzlarının sağlamlıq və zərafət sirri sizə təqdim etdiyimiz bu pəhrizdə gizlənib. Bu qaydalara əməl etsəniz, cəmi 7 günə 6 kiloya qədər çəki itirə bilərsiniz. 

hollivud-ulduzlarinin-gozellik-sirri
12.07.2022 23:54 2 dəq oxuma

TurpKimi.com xəbər  verir ki,  əsas rasion, yumurta, balıq, quş əti, yağsız kəsmik, portağal, qreypfrut və tərəvəzlərdir. 

Pəhriz müddəti : 7 gün
Çəki azalması: 4-6 kilo

Hollivud pəhrizi dünyada ən məşhur pəhriz növüdür. Pəhriz təkcə qlamur adına görə deyil, həm də nisbi demokratikliyi ilə fərqlənir . Hollivud pəhrizi məhsulların kifayət qədər geniş çeşidini təqdim edir: Süd məhsullarından isə yalnız qatıq və yağsız kəsmiyə icazə verilir. 

Pəhrizin əsasını zülallar təşkil edir: yağsız ət, yumurta, balıq. Tərəvəzlər qarnir kimi ya pörtlədilmiş, ya da sobada bişirilmiş formada təklif olunur.  Desertə meyvə, maddələr mübadiləsini sürətləndirmək üçün əsasən sitrus meyvələri  təklif olunur. 

Hollivud pəhrizi həftəyə 4-6 kilo arıqlamağınıza səbəb olur.  Pəhriz zamanı un məmulatları, duzlu, yağlı, şirniyyat yemək qəti qadağandır.  Karbohidratlardan imtina orqanizmin piydən enerji mənbəyi kimi istifadə etməsinə zəmanət verir.  Duzdan imtina isə orqanizmdə su yığılmasının qarşısını alır.  

Menyu 

Səhər yeməyi: Hər gün 2 portağal, bir fincan çay və qəhvə

Nahar və şam yeməyi variantları dəyişikdir.  
Birinci gün: 

Səhər yeməyi: Hər gün 2 portağal, bir fincan çay və qəhvə
Nahar- 2 portağal, qaynadılmış 2 yumurta, pomidor,  40 qram badam, qəhvə
Şam yeməyi – kotlet, pomidor, 6 dilim xiyar.

İkinci gün:

Nahar – 1 qaynadılmış yumurta, 1 qreypfrut, qara qəhvə.
Şam yeməyi – 150 qram buxarda bişirilmiş mal əti, yaşıl salat, çay.

Üçüncü gün:

Nahar – 1 yumurtanın yağsız qızartması, 2 ədəd pomidor, 150 qram qaynadılmış gül kələmi və ya adi kələm.
Şam yeməyi – buxarda bişirilmiş 150 qram balıq filesi, ketçup, xiyar, çay və mineral su.

Dördüncü gün:

Nahar – 1 qreypfrut, üzərinə süzmə və ya sirkə əlavə edilmiş kələm, çay və su. 
Şam yeməyi- 1 qaynadılmış yumurta, 140 qram kəsmiklə bir şirin uzun bibər,  sürtgəcdən keçirilmiş və üzərinə limon sıxılmış 100 qram çiy kök.

Beşinci gün:

Nahar – qaynadılmış 2 yumurta ağı, 100 qram pötrlədilmiş cəfəri və ya kərəviz, çay və ya qəhvə. 
Şam yeməyi – 200 qram dərisiz toyuq əti, yaşıl salat.

Altıncı gün:

Nahar - alma, qreypfrut, portağal və 20 qram qozdan meyvə salatı.
Şam- qaynadılmış  150-200 qram balıq filesi,  60 qram pörtlədilmiş göbələk, su və ya çay. 

Yeddinci gün:

Nahar – içinə 1 ədəd çiy yumurta atılmış 100 qram yağsız kəsmik, sarımsaqlı tərəvəz bulyonu (kartofsuz). 
Şam yeməyi- meyvə salatı, qatıq, su

Xüsusilə kökəlməyə meyilli xanımlar bu diyetə daha çox müraciət edir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

17-02-2022