Hormonları nizama salan 5 vərdiş


Qalxanabənzər vəzi, bağırsaq sağlamlığı, həyat tərzi və diyet kimi faktorlar hormonal balansın pozulmasına səbəb ola bilər.

hormonlari-nizama-salan-5-verdis
13.01.2025 22:11 2 dəq oxuma

Bu nizamsızlıqlar qayğı, depressiya, ruh halı dəyişiklikləri, kökəlmə, saç tökülməsi, çivzə, yuxusuzluq, yorğunluq və həzm kimi bir çox problemi tətikləyə bilər. Bu dövrü sağlam olaraq necə başa vura bilərik?

1. Yağ çəkmə üsulu ilə bədəninizi təmizləyin

Min illərdir istifadə edilən "ağızda yağ çalxalama" (oil pulling) texnikası bədəninizi toksinlərdən təmizləmək və bağırsaq mikroflorasını yeniləmək üçün mükəmməl bir üsuldur. Sağlam bağırsaq florası hormonal tarazlığa birbaşa  təsir edər. Ona görə də bu sadə, amma təsirli üsul hormon sağlamlığınıza müsbət təsir edə bilər.

2. Günəşə yaxın olun, ekrandan uzaq durun

Yuxudan oyandıqda stress hormonu olan kortizol səviyyəsi yüksək olur. Dərhal telefonunuzu götürərkən mavi işığın təsiriylə bu səviyyə daha da artır. İlk 15 dəqiqənizi birbaşa günəş işığına məruz qalaraq keçirin. Bu, bioloji saatınızla uyğunlaşaraq hormonal tarazlığınızı dəstəkləyər.

3. Günə hərəkətlə başlayın

Günə yüngül məşq və əsnəmə hərəkətləriylə başlamaq  lenfatik sisteminizi canlandırar. Həzm və  maddələr mübadiləsini sürətləndirər. Bu cür səhər təkrarlanan aktivlik bədəninizi hormonal tarazlıq üçün daha uyğun hala gətirər.

4. Kafeindən uzaq durun

Ac qarnına qəhvə içmək bədəninizin stress reaksiyasını artıra bilər və bu da hormonlarınızın tarazlığını pozar. Qəhvə içməyin öz zamanı var. Bu  bədəninizin bioloji ritmiylə uyğunlaşmalıdır. İlk 45 dəqiqə boyunca kafeindən uzaq dayanaraq daha sağlam bir enerji axımı təmin edə bilərsiniz.

5. Naharı ötürməyin

Səhərlər yuxudan durandan sonra  90 dəqiqə ərzində zülal baxımından zəngin nahar etmək, aclıq hormonlarınızı nizamlamağa və günün geri qalan hissəsində  enerji səviyyənizi stabil tutmağa köməkçi olar. Bu kiçik,  amma təsirli addım hormonal tarazlığınızın təməlini qoyar.

Hormonal tarazlığınızı təmin etmək, yalnız bədəninizi deyil, zehni və romantik sağlamlığınızı da yaxşılaşdıra bilər. Bu təbii üsullarla hormonal sağlamlığınızı dəstəkləyin və həyat keyfiyyətinizi artırın!

Vüsalə Əlövsətqızı, TurpKimi.com