Peyğəmbərin sağlamlıq sirri...
Ramazanda süfrələrin əvəzolunmaz qidası olan xurmanı Məhəmməd Peyğəmbər süd ilə qarışdırıb qəbul edərmiş.
TurpKimi.com bildirir ki, xurmanın qəbul edilməsi bir neçə cür olsa da, südün içinə qatıb içdikdə faydaları saymaqla bitmir. Həmçinin Peyğəmbərimizin də sevərək qəbul etdiyi bu qarışım “Etyabin” adlanır. Faydalarına gəldikdə isə:
İnsan orqanizmi üçün bəsləyici qidadır. Xurmanın tərkibində yüksək miqdarda dəmir var. Süd isə bu kimyəvi maddədən məhrumdur. İkisi birləşdikdə mükəmməl qida əlavəsi olur və bir çox xəstəliklərdən qoruyur.
Südlə xurma qarışımı qan dövranını artıraraq daha parıltılı dəriyə sahib olmağa kömək edir. Qırış, civzə və digər dəri problemlərinin öhdəsindən məharətlə gəlir.
Bu içki orqanizmə enerji verir, dözümlülüyü artırır və halsızlıqla mübarizə aparır.
Xurma da, süd də proteinlə zəngindir. İkisi birləşdikdə sümüklərdəki yorğunluğu və əzələ ağrılarını tərkibindəki proteinlə təmin edərək aradan qaldırır.
Liflə zəngin olan “Etyabin” içkisi həzm sistemini tənzimləyir.
Belə ki, bu qarışımı əldə etmək üçün 3 ədəd xurmanı bir qədər isti suda saxladıqdan sonra çəngəllə əzib südə əlavə edin.
Firuzə Alimova / TurpKimi.com
04-04-2022