Hz.Muhamməd Peyğəmbərin ən sevdiyi yeməklərdən biri - TİRİT – VİDEO


Ramazanda hər bərəkətdən dadmaq nəsibiniz olsun, amin!

hz-muhammed-peygemberin-en-sevdiyi-yemeklerden-biri
05.04.2024 19:42 2 dəq oxuma

Ərəb dilində “serid” olaraq adlandırılan, ilk hazırlayan şəxsin isə Hz. İbrahim olduğu deyilən tirit Hz. Muhamməd Peyğəmbərimizin (s.ə.s) ən sevdiyi yeməklərdən biri olduğu rəvayət edilir.

TurpKimi.com bildirir ki, Ramazan ayında tirit yeməyini süfrədən əksik etməyən Peyğəmbərimiz (s.ə.s) bu yeməyin bərəkətli olması üçün dua etdiyi də deyilir. Tiritin yeməkləri artıran təsirindənmi, yoxsa ləzzətindənmi bəlli deyil, keçmişdəki qaynaqlarda tez-tez hazırlanan və sevilən yeməklərdən biri olduğu bildirilir.

Yeməyin özəlliyi boyat çörək və ya yuxaların ətin suyu ilə isladılaraq, üzərinə tökülən xırda ət parçaları ilə servis edilməsidir. Ramazan ayının yeməyi olan tirit ayrı-ayrı qablara tökülərək yeyilməzmiş. Süfrənin ortasına qoyular və hər kəs ordan qarnını qoyurarmış. Hz. Muhamməd Peyğəmbərin (s.ə.s) eyni qabdan yeyilən yeməklərlə bağlı dəyişməz qaydaları varmış. Yeməyin bərəkətinin ortada olduğunu, hər kəsin qarşısından yeyərək ortaya doğru getməsini istəyərmiş. Peyğəmbərimiz (s.ə.s) tirit yeməyi yeyilən zaman əlini qabın içərisində gəzdirən və gözəl yerlərini seçən insanları qarşısından yeməsi üçün xəbərdarlıq edərmiş.

Beləliklə, Peyğəmbərimizin (s.ə.s) də sevdiyi tiritin klassik hazırlanma reseptini təqdim edirik:

LAZIM OLANLAR:

- 750 qr quzu və ya daha əti;

- 2 stəkan ət suyu;

- 3 ədəd təndir çörəyi və ya boyat çörək;

- 2 ədəd soğan;

- duz, qara istiot, sumax;

- 300 qr qatıq;

- 3 xörək qaşığı kərə yağı;

- 2 ədəd pomidor;

- 2 ədəd yaşıl bibər;

- yarım dəstə cəfəri;

- 1 diş sarımsaq;

HAZIRLANMASI:

Soğanı xırda-xırda doğrayın. Bir az duzla ovduqdan sonra sumaxla qarışdırıb kənara qoyun. Əzilmiş sarımsağı qatıqla qarışdırıb onu da kənarda hazır vəziyyətdə saxlayın.

Daha sonra doğranmış ətləri isidilmiş tavada 10-15 dəqiqə bişirin. Duz və qara istiot əlavə etdikdən sonra boşqaba tökün. Elə həmin tavada doğradığınız boyat çörəkləri 1 xörək qaşığı kərə yağı ilə qızardın. Bir qədər qızardıqdan sonra boşqaba qoyun.

Tava hələ soyumadan yenə kərə yağını pul bibərlə birlikdə qaynadın. Qaba qoyduğunuz qızardılmış boyat çörəkləri ət suyu ilə isladın. Üzərinə qızardılmış ətləri və sumaxlı soğanları əlavə edin. Sarımsaqlı qatığı da tökdükdən sonra tavada pul bibərlə birlikdə isitdiyiniz kərə yağını yeməyin hər tərəfinə gəzdirə-gəzdirə əlavə edin. Hazırladığınız tiriti cəfəri, pomidor və yaşıl bibərlə bəzəyib süfrəyə qoyun.

Nuş olsun!

Yazılıb: 15.04.2021-ci ildə

Firuzə Alimova / TurpKimi.com