İbn Sinanın min il bundan əvvəl elan etdiyi - ŞƏFALI QİDALAR


Əsrlərdir faydası sübut edilmiş qidalar...

ibn-sinanin-min-il-bundan-evvel-elan-etdiyi
19.12.2021 00:56 1 dəq oxuma

Hələ min il bundan əvvəl İbn Sinanın qeyd etdiyi qidalar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayıb.

TurpKimi.com həmin şəfalı qidaları təqdim edir:

Quzu qulağı pörtlədilib süzülmüş suyu içildiyi zaman beynin fəaliyyətini artırır və mədəyə çox faydalıdır.

Küncüt yağı tərkibindəki yüksək lesitin ilə beyni və sinir hüceyrələrini qoruyur.

Əncir sümük toxumalarının güclənməsi və qorunmasında müsbət təsir edir.

Ağciyər xəstəliklərindən şikayətiniz varsa, badam yeyin, üzərindən isə bal şərbəti için.

Balqabaq suyu yüksək təzyiq xəstəliyinə qarşı mükəmməl vasitədir.

Qoz böyümə və inkişaf, həzm və nuklein turşusunun sintezi kimi metabolik fəaliyyətə kömək edir.

Təbib, astronom, yazar və filosof olan İbn Sina 980-ci ildə Buxara şəhəri yaxınlığında yerləşən Efşene kəndində dünyaya gəlib. 1037-ci ildə isə Həmədan şəhərində vəfat edib. O, tibb və fəlsəfəyə dair 200-yə yaxın kitabın müəllifidir. Qeydlərində bildirib ki, qaraciyərin fəaliyyətini artırmaq üçün gül kələm, qan azlığına qarşı bal, ürək döyüntülərinə qarşı kişniş yeyin. Onurğanızda ağrı varsa, toyuq suyu için, ürəyinizi gücləndirmək üçün isə alma yeyin.

Firuzə Alimova / TurpKimi.com