Elə qarışımlar var ki, orqanizmi hərtərəfli faydalı tərkiblərlə təmin edir...
Ramazan ayında susuzluğun qarşısını almaq üçün hələ yüz il bundan əvvəl müdrik təbib İbn Sina dəyərli məsləhətini vermişdir. Onun bu mövzuda tövsiyyə etdikləri bugünə kimi araşdırılır. Çünki Ramazan ayında insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də susuzluqdur. Orqanizm uzun müddət su qəbul etmədikdə yorğunluq, halsızlıq, aşağı təzyiq, şəkərin düşməsi kimi problemlər yaşayır.
TurpKimi.com bildirir ki, bütün bunların öhdəsindən gələcək içkini isə İbn Sina kəşf edib. Bu dəmirhindi (tamarind) şərbətidir.
Sərinlədici və qidalandırıcı içki olan bu şərbət çölü paxlalı, içi isə xurmaya bənzəyən dəmirhindi meyvəsindən hazırlanır.
C vitamini, E və B, kalsium, dəmir, fosfor, kalium, maqnezium və liflə çox zəngin olduğu üçün dünyada dəyərli meyvələr arasındadır.
Odur ki, Ramazan ayında oruc tutarkən susuzluqdan əziyyət çəkənlərə dəmirhindi məsləhət görülür.
Darçın, zəncəfil, sarıkök, hil, razyana, süyüd, hind qozu və mixəklə zənginləşdirilərək hazırlanan dəmirhindi şərbəti enerji verməklə yanaşı, immun sistemini də gücləndirir.
Həmçinin mədə ağrılarına və qıcqırmasına, soyuqdəyməyə, qrip, bağırsaqdakı parazitlərə, psixi problemləri olanlara, revmatizm və əzələ ağrılarına çox faydalıdır.
DƏMİRHİNDİ ŞƏRBƏTİ NECƏ HAZIRLANIR?
Çay və ya şərbətini hazırlayarkən qan şəkərini nizamlamaq üçün darçından istifadə məsləhətdir. Yuxarıda qeyd etdiyimiz ədviyatları da əlavə edə və ya daha sadə bir şərbət hazırlaya bilərsiniz:
100 qram dəmirhindi meyvəsi
2 litr içməli su
1 kök zəncəfil
1 çay qaşığı sarıkök
İstəyə görə şəkər tozu və ya bal
Dəmirhindi meyvəsini qabığından ayırıb gecədən suya qoyun ki, səhərə kimi yumşalsın və suya rəngi çıxsın. Səhər həmin su ilə birlikdə qazın üzərinə qoyub ağzını bağlayın. Qaynamağa başlayanda üzərinə zəncəfil, sarıkök, mixək və darçını əlavə edin. Ədviyyatları tökdükdən sonra qazanın altını söndürüb qapağı bağlı şəkildə 1 saat gözləyin. Bu müddət ərzində şərbəti qarışdırmağa ehtiyac yoxdur. Soyuduqdan sonra tənziflə başqa qaba süzün. Qarışımın içinə zövqə görə bal və ya şəkər tozu əlavə edib içə bilərsiniz.
Sahurda yeməkdən sonra 1 stəkan içdikdə gün boyu ağzınızda sərinlik hiss edəcəksiniz. Hətta 8-9 saat ağzınızda şirin bir dad olacaq.
Antioksidant təsiri ilə arıqlamağa kömək edir, qəbizlikdən əziyyət çəkənlərə çox faydalıdır. Qan şəkərini aşağı salır və ürək xəstəliklərindən qoruyur. Bütün bu faydaları ilə yanaşı şərbətdən gündəlik 500 ml-dən çox içməməyə diqqət edin.
Firuzə Alimova / TurpKimi.com