İcbari tibbi sığorta xidmətləri göstərən özəl klinikalar - Siyahı


Bu özəl klinikalarda icbari tibbi sığorta xidmətləri göstəriləcək.

icbari-tibbi-sigorta-xidmetleri-gosteren-ozel-klinikalar
22.06.2021 20:00 1 dəq oxuma

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
 
Agentlikdən APA-ya bildirilib ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır.

Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Müqaviləli tibb müəssisələrinin siyahısı:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

 

TurpKimi.com