İctimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşmə qadağası necə tənzimlənəcək?


Bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda yer alıb.

ictimai-yerlerde-5-neferden-artiq-qruplarda-cemlesme-qadagasi-nece-tenzimlenecek
03.07.2020 22:37 1 dəq oxuma

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.