İdmançımız qızıl medal qazandı


Cüdoçumuz Almaniyada qızıl medal qazanıb.

idmancimiz-qizil-medal-qazandi
24.03.2025 13:32 1 dəq oxuma

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

48 kq-da mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.