İdmandan sonra bunu MÜTLƏQ yeyin


Bu sözü dəfələrlə eşitmişik: “İdman sağlamlıq üçün faydalıdır”. Ancaq ağır idman növü ilə məşğul olmaq və müntəzəm məşqlər immunitet sistemini zəiflədir.

idmandan-sonra-bunu-mutleq-yeyin
04.02.2019 17:53 1 dəq oxuma

Mütəxəssislər ona görə də immun sistemini gücləndirən, karbohidrat baxımından zəngin olan qidaların istehlak edilməsini məsləhət görürlər.

TurpKimi.com xəbər verir ki, Avstraliya Queensland Texnologiya Universiteti Səhiyyə və Biotibbi İnstitutunun işçi heyəti Doktor Conatan Peak ilə Doktor Oliver Neubauer araşdırma aparıblar.

Tədqiqatlar nəticəsində məlum olub ki, idmanla məşğul olmaq immunitetə kömək edən qan hüceyrələrinin  sayını artıra və ya azalda bilər.  İmmunitet sistemindəki bu mənfi dəyişikliklərin qarşısını almaq üçün ən təsirli qidalanma tərzinin karbohidrat istehlakı olduğunu deyən Doktor Peek qeyd edib ki,  məşq zamanı və ya məşqdən dərhal sonra istehlak edilən karbohidratlar məşqlər ilə əlaqəli immunodepressiyanı azaldır və orqanizmin yaxşılaşmasına yardımçı olur.

İDMANDAN SONRA NƏ YEMƏK LAZIMDIR?

 Doktor Neubauer  məşq zamanı və ya dərhal sonra qəbul edilən karbohidratın 90 dəqiqəlik və ya uzun müddətli sessiyalarda xüsusilə faydalı olduğunu bildirib. Məşqlər zamanı 30-60 qram arasında karbohidrat istehlak etmək immunitet üçün faydalıdır. Mütəxəssislər karbohidratlı qida kimi banandan istifadə etməyi tövsiyə edirlər və qeyd edirlər ki, karbohidratlar qan şəkərini tənzimləyir, orqanizmin stress reaksiyasını azaldır, infeksiya və xəstəliklərin qarşısının alınmasında orqanizmə kömək edir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com