İflic keçirən şəxsi polis sərxoş sanıb kameraya atdı


18 saat ərzində su belə  verilməyən adamın beynində qalıcı zədələr yaranıb. 

iflic-keciren-sexsi-polis-serxos-sanib-kameraya-atdi
18.02.2020 16:42 1 dəq oxuma

Kanada polisi iflic keçirən 73 yaşlı bir adamı sərxoş zənn edərək kameraya salıb. 

TurpKimi.com xarici mediaya istinadla xəbər veriri ki, Kanadanın Albertə əyalətində polis 2015-ci ildə  iflic keçirən 73 yaşlı Alan Ruelin sərxoş olduğunu zənn edərək həbsxanada nəzarət otağına atıb.  Normal şərtlərdə nəzarət otağında olan bir adamı 15 dəqiqədən bir nəzarət etməli olan  məmurlar sağlamlıq vəziyyəti gedərək pisləşən yaşlı adama 12 saat boyunca  baxmayıb, su belə verməyib. Təcili yardıma təxminən 19 saatdan sonra  zəng vurulub. 

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə  adamın yerdə yarı çılpaq şəkildə saatlarla qıvrıldığı əks olunub.  Yaşadıqlarından sonra  beynində qalıcı zədə yaranan  və yeriyərkən  axsayan Ruel polisə 6 milyon Kanada dolları məbləğində təzminat davası  açıb.

 2008-ci ildə də buna oxşar hadisə baş verib.  Polis sətəlcəm olan  məhkumu   sərxoş zənn edərək nəzarət otağına atıb və həmin şəxs həyatını itirib.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com