“İftara nə bişirəcəm?” deyənlər üçün - Yemək reseptləri


"İftara nə hazırlayacağam?" deyə düşünürsünüzsə, günün iftar menyusuna mütləq nəzər salmalısınız. 

iftara-ne-bisirecem-deyenler-ucun
14.04.2023 17:48 3 dəq oxuma

TurpKimi.com dadlı və fərqli yemək reseptlərini təqdim edir:

Əriştəli yaşıl mərcimək şorbası, zeytun yağlı kabak dolması, şahzadə kababı və supangle şirniyyatı 

Əriştəli yaşıl mərcimək şorbası

Ərzaqlar:

-1 su stəkanı yaşıl mərci
-1 çay stəkanı əriştə
-1 ədəd quru soğan
-1 ədəd kök
-Duru yağ
-1 yemək qaşığı tomat
-Qırmızı istiot, duz, quru nanə, pul bibər,
-6-7 stəkan su

Hazırlanması:

-Mərcini bişirməzdən əvvəl 15 dəqiqə ilıq suda saxlayın.
-Soğanı incə-incə doğrayın və duru yağda  qovurmağa başlayın.
-Soğanın qovrulmasına yaxın incə-incə doğranmış kökləri əlavə edin.
- 1 yemək qaşığı tomatı əlavə edin və qovurmağa davam edin.
-Bir az su əlavə edib içinə mərcini tökün. 
-Üzərinə bir barmaq keçəcək qədər su tökün və ədviyyatları da əlavə edib şorbanı qaynamağa qoyun.
-Təxminən 20 dəqiqə qaynadıqdan sonra üzərinə əriştələri  əlavə edin və bişirin.
-İkisi də yumşalınca ocağın altını söndürüb isti halda süfrəyə verin. 

Kabak dolması

Ərzaqlar:

-5-6 ədəd kabak
-1 ədədsoğan
-1 su stəkanı düyü
-Fıstıq
-Zeytun yağı
-Duz
-İstədiyiniz ədviyyatlar
-Şüyüd
-Rəndələnmiş pomidor
-Yarım su stəkanı isti su
-Yarım limonun suyu

Hazırlanması:

-Kabakları yuyub, ölçüsünə görə 2-3 hissəyə bölün.
-Qabığını soyub, içini oyun. Yuyub suyunun süzülməsini gözləyin.
-Qazanda soğanı yağda qovurun, çəhrayı rəngə çalanda düyü əlavə edin, qovurun.
-Fıstıq və ədviyyatlar əlavə edin, bir neçə dəfə qarışdırdıqdan sonra rəndələnmiş  pomidoru və 1/2 su stəkanı isti su əlavə edin, zəif odda bişirin.
-1/2 limon suyu, doğranmış şüyüd əlavə edib qarışdırın. İçliyin soyumasını gözləyin.  
-Həmin içliyi kabakların içinə yığın. Qazana düzün.
-Bir su stəkanına 4 yemək qaşığı zeytun yağı, duz və ,  soyuq su əlavə edin. Bu qarışımı kabakların içinə və qazanın kənarlarında qaşıqla əlavə edin. 
-Kabakların yarısına su çıxana qədər tökün.  
-Qapağını bağlayın və vam odda kabaklar yumşalanadək bişirin. 


Şahzadə kababı

Ərzaqlar:

-500 qr quşbaşı dana əti
-4 ədəd badımcan
-2 ədəd quru soğan
-3 qırmızı bibər
-1 diş sarımsaq
-Qara istiot
-Pul bibər
-Duz
-1 yemək qaşığı tomat
-Zeytun yağı

Hazırlanması:

-Quşbaşı doğranan ətləri qızğın tavada o üz- bu üz möhürləyin və öz suyunda bişirin.
-Badımcanları zolaqlı şəkildə soyun və iri küplər şəklində doğrayıb ayrı bir tavada qızardın.
-Geniş bir tavaya zeytun yağı, doğranmış soğanları və iri doğranmış bibərləri qoyub azca bişirin.
-İçərisinə sarımsaq və ədviyyatlar əlavə edib qarışdırın.
-Sonda bişmiş ətləri əlavə edib qarışdırın və ocaqdan götürün. 
-Daha sonra  badımcanları da əlavə edib orta ölçüdə soba qabına tökün.
-1 yemək qaşığı tomatı 1 su stəkanı suda qarışdırın və şahzadə kababının üzərində gəzdirin.
-200 dərəcə sobada, təxminən 20 dəqiqə bişirin.

Şirniyyat: Supangle


Ərzaqlar:

-1 litr süd
-1 çay stəkanı un
-3 yemək qaşığı kakao
-1 çay stəkanı şəkər tozu
-1 yumurta sarısı
-100 qr qara, tünd və ya sütlü şokolad
-1 yemək qaşığı kərə yağı
-1 su stəkanı soyuq su

Üstü üçün:

-Damla şokolad
-Fıstıq
-Hind qozu

Hazırlanması:

-Soyuq südü dərin bir qazana tökün. Un, kakao, şəkər  tozu və yumurta sarısını əlavə etdikdən sonra bir çırpıcının köməyi ilə  qarışdırın.
-Ocağı yandırıb,  supangle qarışığını orta odda davamlı olaraq qarışdıraraq bişirin.
-Göz-göz olmağa başladıqda ocaqdan götürün,  şokolad parçalarını və kərə yağı əlavə edib əriməsini gözləyin. Qarışdırın və soyumağını gözləyin.
-1 su stəkanı soyuq su əlavə edin. Blender, ya da mikserin köməyi ilə qarışdırın, kasalara tökün. 
-Otaq temperaturunda  üzərini  bəzədikdən sonra soyumaq üçün soyuducuya qoyun.
-Soyuq halda süfrəyə verə bilərsiniz. 
 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-04-2021