Hüceyrələri yeniləyən təbii vasitə...
Pis sözlərin söylənmədiyi, duaların edildiyi, ailələrin iftar süfrəsində görüşüb Allahın nemətlərindən dadaraq şükür edildiyi aydır Ramazan...
TurpKimi.com bildirir ki, süfrələrin olmazsa olmazı olan xurma isə bu ayda oruc tutanların ən çox faydalandığı qidadır. Tərkibi C, B1, B2 və A vitamini ilə zəngin olan xurma dişlərin sağlamlığına faydalıdır.
İmmun sistemini gücləndirir, xərçəng xəstəliyinə yaxalanma riskini azaldır.
Dərini qoruyan və gözəlləşdirən xurma, həm də suyu ilə Ramazan ayının ən faydalı vasitələrindən biri olacaq. Lakin təkcə Ramazan ayında deyil, davamlı xurma suyu içmək zehni gücləndirir və unutqanlığa qarşı mübarizə aparır.
Həzm problemi olanlar xurma suyu içməlidir. Mədə və bağırsaqların daha sürətlə işləməsini təmin edir. Sayəsində bir sıra problemlərdən qurtulmuş olacaqsınız.
Səhər ac qarına içdikdə bədəndəki şişkinlik azalacaq. Bir sözlə, limon suyuna alternativ olan bir içkidir.
Bədəndən toksinləri atmağa kömək edən xurma suyu gün boyu enerjili olmanıza kömək edəcək.
Qara ciyəri təmizləyərək hüceyrələri yeniləyir. Orqanizmdəki bütün zərərli maddələri xaric edir.
Həm zehni, həm də fiziki yorğunluğa müsbət təsir edən xurma suyunu yenicə ana olan qadınlar da içməlidir.
Ramazan ayında tox tutan xurma suyu əzələ və sümüklərin inkişafına dəstək verir. Uşaqların böyüməsində mühüm rol oynayır, diş və ağız sağlamlığına faydalıdır.
Təbii şəkər tərkibli olan xurma qandakı şəkərin səviyyəsini nizamlayır. Hətta diabet xəstələri üçün də faydalıdır.
Qeyd olaraq bildiririk ki, xurma suyu içərkən diqqətli olmaq lazımdır. Çünki hər şeyin daha çoxu bəzən problem yarada bilər. Ona görə də normal qaydada içmək məsləhətlidir.
XURMA SUYUNUN HAZIRLANMASI
Əvvəlcə xurmaları yaxşıca yuyun. Sonra üzərini örtəcək qədər içməli su əlavə edin. Xurmaları həmin suda 2 saat saxlayın. Xurmalar şişdikdən sonra qabıqlarını təmizləyin, tumlarını çıxarın. Təmizlənmiş xurmaları başqa bir qaba qoyub üzərinə su tökün və blenderlə əzin. Əzilmiş xurmaları süzün. Süzülmüş xurma suyunu şüşə qabda saxlaya bilərsiniz.
Firuzə Alimova / TurpKimi.com
26-03-2022