Şirniyyat yedikdən sonra ya dişinizi fırçalayın, ya da su için, yoxsa...
Ramazan bayramında iftardan sonra qonaq getdiyiniz hər yerdə çayla şirniyyat təklif edilir. TurpKimi.com xəbər verir ki, mütəxəssislər iftarda həddindən artıq şirniyyat yeməyin ağız və diş sağlamlığı üçün təhlükə yaratdığını bildirir.
Şəkərli yeməkləri istehlak etdikdən sonra dişlər fırçalanmalıdır, ya da su içilməlidir.
Ramazan ayı ilə bəslənmə nizamı dəyişənlər bu müddət ərzində ağız və diş sağlamlığına xüsusi qayğı göstərməlidirlər.
TurpKimi.com xəbər verir ki, sahur və iftar arasında keçən, uzun müddət davam edən aclıq və susuzluq həm ağız quruluğuna, həm də ağızdan xoşagəlməz qoxuların yaranmasına yol açır.
Ramazanda insanların diş fırçalama vaxtı da dəyişir. Şirniyyat yedikdən sonra ağızda turş qələvi mühitini aradan qaldırmaq üçün dişlər fırçalanmalıdır. Bu mümkün olmadıqda isə su içilməli, ya da turş mühiti neytrallaşdırmaq məqsədilə pendir, süd, qatıq kimi qidalar yeyilməlidir. Əks halda ağızda bakteriyalar çoxalar və dişlərin çürüməsi üçün mühit yaranar. Odur ki, şirniyyat yedikdən 5-6 dəqiqə sonra dişlər fırçalanmalıdır. Dərhal fırçalanarsa turş mühit fırça ilə birlikdə diş səthində aşınmaya səbəb olar.
Vüsalə Əlövsətqızı, TurpKimi.cm