Orqanizmə 10 faydası...
Ramazan ayında oruc ibadətini yerinə yetirən insanlar iftardan sonra müxtəlif narahatlıqlarla üzləşə bilirlər.
TurpKimi.com bildirir ki, uzun müddətli aclıq və susuzluqdan sonra yemək yemək həzmsizlik, baş gicəllənməsi, mədənin bulanması kimi müxtəlif problemlərə yol aça bilər.
Xüsusilə də orqanizmin birdən-birə yüksək miqdarda şəkər alması titrətməyə və gözlərin qaralmasına səbəb olur.
Əlbəttə, orucu açdıqdan sonra orqanizmin özünü nizamlaması, normal vəziyyətə qayıtması bir az vaxt alır. Lakin reyhan çayı bu məsələdə yaşanacaq bütün riskləri azaldır. Faydalarına gəldikdə isə;
Antibakterial olan reyhan orqanizmi təmizləyir;
Omeqa-3, maqnezium, manqan və dəmirlə zəngindir;
Sinir və həzm sistemini yeniləyir;
Dərinin gözəlləşməsində istifadə olunur. Burun və boğazı iltihabdan təmizləyir, virusların ağ ciyərə çatmadan orqanizmdən atılmasına kömək olur;
Həzmin pozulmasının qarşısını alır, bağırsaqları işlədir;
Qan azlığına müsbət təsir edir;
Qan şəkərinin düşməsiylə yaranan baş gicəllənmələrinin qarşısını alır;
Toksinləri təmizlədiyi üçün arıqladır;
Orqanizmin suya olan ehtiyacını ödəyir, böyrəküstü vəzlərin fəaliyyətini güclədirir. Böyrəklərin funksiyalarını artırır, daş və qumların əmələ gəlməsinin qarşısını alır;
Ağız və dişlərə də faydalı olan reyhan ağızdakı pis qoxunu aparır;
HAZIRLANMASI:
Rehyanın tərkibindəki vitamin və minerallar məhv olmasın deyə, üzərinə qaynar su tökməyin. Əksinə qaynar suyun üzərinə reyhanı əlavə etmək lazımdır. 5 dəqiqə dəmləndikdən sonra qarışdırıb süzün. İçinə limon, darçın və mixək də əlavə etmək olar.
Firuzə Alimova / TurpKimi.com