Yeməklərdə yuxu gətirən məhsullar olur...
Türkiyəli diyetoloq Merve Altay oruc tutanların iftar zamanı nələrə diqqət etməsiylə bağlı vacib məqamları açıqlayıb.
TurpKimi.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, diyetoloq iftardan sonra yuxunun gəlməsini belə izah edib:
Şorbanın içində unun olması insana yuxu gətirir. Ona görə də 3-4 dəqiqə gözləmək lazımdır.
Digər tərəfdən həkim oturan kimi çox yemək yeməməyin vacibliyinə də toxunub.
Həkim diyetoloq bu məsələdə bir kasa qatığa zərdəçal (sarıkök) və zəncəfil qatıb yeməyin əhəmiyyətini xüsusi vurğulayıb.
Firuzə Alimova / TurpKimi.com