"İkitərəfli pnevmoniyalı şəxslər COVID-19 xəstəsi kimi qəbul edilir" - Yaqut Qarayeva


"Son həftə ərzində xəstəxanalarımızda koronavirus xəstələrindən əlavə, koronavirus testinin cavabı neqativ çıxan və ya cavabı hələ çıxmamış xeyli sayda ikitərəfli pnevmoniyalı ağır xəstələrimiz var".

ikiterefli-pnevmoniyali-sexsler-covid-19-xestesi-kimi-qebul-edilir
20.06.2020 21:37 1 dəq oxuma

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya praktikasına əsaslanaraq onlar COVID-19 xəstəsi kimi qəbul edilib:

“Onlar üçün xəstəxanalar boşaldılıb və hamısı tibbi xidmətlərini alırlar". (Report)