Çində meydana gələn və bütün dünyanı caynağına alan, minlərlə insanın həyatına son qoyan COVID-19-dan sonra çinlilərin qida istehlakı və həyat tərzi tənqidçilərin hədəfinə tuş gəlir.
TurpKimi.com xəbər verir ki, aparılan araşdırmalara görə Çində ildə 4 milyon pişik yeyilir.
Pekində hava elə çirklidir ki, bir gün ərzində bu şəhərdə nəfəs almaq gündə 21 siqaret çəkməyə bərabərdir. Çox vaxt şəhər dumanlı olduğundan insanlar maskalarla gəzməyə məcbur olurlar.
Çinlilər hər il ortalama olaraq 45 milyard yemək çubuğundan istifadə edərək yeməklərini yeyirlər.
Dünya heyvan haqları dərnəyi PETA vəhşi heyvan bazarlarının bağlanmalı olduğunu qeyd edib.
Vüsalə Əlövsətqızı, Turpkimi.com