“İlk dalğa güclü oldu, afterşoklar olacaq” - Qurban Yetirmişli


Sosial şəbəkələrdə yayılanlar doğrudur?

ilk-dalga-guclu-oldu-aftersoklar-olacaq
04.07.2023 02:01 1 dəq oxuma

“Heç bir narahatlığa ehtiyac yoxdur. Afterşoklar, zəif təkanlar olub, olacaq”.

Bunu Oxu.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, qorxulu güclü təkan olmayacaq:

“Vətəndaşları narahat edəcək durum yoxdur. İlk dalğa güclü oldu. Lakin onun kimi güclü təkan daha olmayacaq. Sosial şəbəkələrdə yazılanlara inanıb küçələrə çıxmasınlar. Hamısı boş şeylərdi. Xırda təkanlar olacaq, hiss edilməyəcək. Yavaş-yavaş vəziyyət stabilləşir”.

Firuzə Alimova / TurpKimi.com