İmmun sistemini gücləndirməkdən tutmuş dəri və saç sağlamlığına qədər bir çox faydası olan arı südünün istifadə formasından və bütün faydalarından bəhs edəcəyik.
TurpKimi.com Arı Məhsulları üzrə Türkiyəli mütəxəssis Əhməd Bağran Aksoya istinadən arı südünün faydaları haqqında maraqlı bilgiləri oxucularına təqdim edir.
Arı südünün insana verdiyi şəfa hələ də tam öyrənilməyib. Arı südü kraliça arını bəsləmək üçün 5-15 günlük işçi arıların həzm edərək ifrazat vəzlərindən ifraz etdikləri krem kimi ağ rəngdə olan tünd bir maddədir.
35 ildir arı məhsulları istehsalçısı olan Aksoy arı məhsullarının faydalarını həm də araşdırır. Hər arı məhsulu arılar tərəfindən fərqli məqsədlər üçün istehsal edilir. Arı südü möcüzəsi isə ana arının qidalanması üçün hazırlanır. Ana arı, arı südü sayəsində işçi arılara nisbətən ortalama 50 dəfə daha çox yaşayır. Dünyada 1960-cı illərin ortalarından bəri insanların qidalanması və müalicəsi üçün istifadə edilir. Arı südü içindəki vitamin və minerallarla dəri sağlamlığına, maddələr mübadiləsinə və immunitet sisteminə inanılmaz müsbət təsir göstərir.
Arı südünü necə qəbul etmək olar?
Arı südü əsl bal ilə birlikdə istehlak edildiyində çox qüvvətli təsirə malikdir. Arı məhsulları üzrə mütəxəssis xüsusi reseptini təqdim edirik:
250 qram xam bala 50 qram arı südü qatılır. Bu qarışıqdan istifadə hüceyrələri yeniləyir, maddələr mübadiləsini sürətləndirir və immuniteti yüksəldir. Bu qarışığı hazırlayarkən mütləq bir qaydaya ciddi əməl etmək lazımdır. Qarışıq günəş işığına məruz qalmamalıdır və metal qaşıqdan istifadə edilməməlidir.
Arı südünün bundan başqa da faydaları vardır:
- Arı südünün ən böyük xüsusiyyəti hüceyrə yeniləyici olması və çoxalmaya müsbət təsir etməsidir.
-Tərkibində olan təbii hormon və fermentlər yumurta və məhsuldarlıq keyfiyyətini artırmağa kömək edir. Hətta kraliça arıların öz ağırlıqları qədər yumurtlamalarının səbəbi də qida qaynağı olan arı südüdür.
- Hüceyrə yeniləmə xüsusiyyəti özünü saç və dəri sağlamlığında aydın göstərir.
- Arı südünün bilinən ən məşhur xüsusiyyətlərindən biri də immunitet sistemini gücləndirməsidir.
İnsanı həm də bir çox xəstəlikdən qoruyur.
- Xora, qastrit, mədə qıcqırması kimi bir sıra mədə- bağırsaq xəstəliklərinə qarşı sakitləşdirici təsiri vardır.
- Fiziki və zehni yorğunluğun aradan qaldırılmasına kömək edən yaxşı enerji qaynağıdır.
- Qan azlığına qarşı son dərəcə təsirlidir.
- Günümüzün insanları üçün əhəmiyyətli bir problem olan unutqanlığı aradan qaldırır və yaddaşsızlığı önləyir. Bununla birlikdə yaddaşı gücləndirməyə kömək edir.
- Damar sərtliyi və damar tıxanıqlığını önləyir.
- Xüsusilə inkişaf çağında olan uşaqların fiziki və ruhi inkişafına müsbət təsir edir.
- Sümük toxumasının inkişafına kömək edir.
- Xolesterolu və qandakı yağı aşağı salır.
Vüsalə Əlövsətqızı, Turpkimi.com
Dərc olunub; 28-04-2021