İnadcıl kilo nədir?  - Müqavimətini necə qırmaq olar?


Arıqlamaq istəyənlərin ən yaralı yeri inadcıl kilolardır. Bir müddət insan arıqlayır və tərəzidə çəki durur. Nə qədər çalışsaq da bu çəkini aşağı endirmək mümkün olmur. 

inadcil-kilo-nedir
09.06.2023 22:11 2 dəq oxuma

TurpKimi.com türk mediasına istinadla  diyetoloq Burcu Kırbaçın tərəzidə ilişib qalan kilolardan necə azad olmaq barədə maraqlı məsləhətlərini oxucuları ilə bölüşür. 

Sağlam qidalanmağa dair bütün tövsiyələrə əməl edib kilo verməyənlər bəzi məqamları bir daha gözdən keçirməlidirlər.  

Təkrarən qan analizi vermək

Qan analizləri 6-9 aydan bir yenilənməlidir. Vitamin, mineral çatışmazlığı inadcıl çəkinin yaranmasına səbəb ola bilər. Məsələn; D vitamini çatışmazlığı artıq çəkidən azad olmaq üçün çox önəmlidir. Aparılan elmi araşdırmalarda da bədəndə D vitamini əskikliyinin çəkini azaltmaqda müqavimət göstərə biləcəyi sübut edilib.

Dəmir, B12 çatışmazlığı da  kilo vermədə maneə yarada bilər. Əskik olan vitamin və ya mineralı həkim nəzarətində tamamlamaq lazımdır.  İnsulin dirənci də arıqlamağa problem yaradan səbəblər içərisindədir.  İnsulin qan analizi ilə mütləq yoxlanmalıdır. 

Tiroid hormonlarına da mütləq baxılmalıdır. Tiroidlərin yaxşı fəaliyyət göstərməməsi inadcıl kilonun yaranmasına səbəb olur.  

İdmanla məşğul olmaq

Gündə 30-45 dəqiqə yüngül templi məşq etmək çox əhəmiyyətlidir. Əgər heç hərəkət etməyənsinizsə, hər gün yürüşə çıxaraq  inadcıl kilonuzun inadını qıra bilərsiniz. Tam tərsinə; hərəkətli, çox idmanla məşğul olursunuzsa, idmanla məşğul olmağı bir az azaldın. Çölə çıxa bilməyənlər isə ev şəraitində məşq etməlidirlər.  

Bircinsli qidalanmaq

Bircinsli qidalanma sağlamlıq baxımından çox zərərlidir.  Rəngli qidalanmaq lazımdır. Yalnız yumurtadan ibarət  naharı deyil, yanında yaşıl tərəvəzlər və  sağlam yağ qaynaqları; zeytun və ya qoz kimi fərqli qidaları seçməlisiz.  

Hər günorta yeməyində ət yeyirsinizsə, bunu tərəvəz yeməkləri ilə deyişdirdə bilərsiniz. Yalnız salat yeyib süfrədən qalxmaq da səhvdir. Salatın yanına sağlam zülal qaynağı ( küftə/toyuq/balıq/hind toyuğu/quru paxlalılar kimi) və sağlam karbohidrat qaynaqları ( qara çörək/yarma/kinoa/qara buğda/tam taxıllı makaron kimi) əlavə etməkdə fayda var. 

Hər vaxt eyni saatda yemək

Hər gün eyni saatda nahar edirsinizsə, orqanizmi çaşdırmaq üçün saatı dəyişdirə bilərsiniz. Məsələn; çox erkən nahar edirsinizsə, naharı 2-3 saat irəli çəkə bilərsiniz. Axşam yeməklərini gec  yeyirsinizsə,  erkən saatlara çəkə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com