İnadcıl öskürəyin dərmanı - Şam qozası siropunun faydaları


Siqaret çəkənlər üçün çox faydalıdır. Stressi azaldır, faydaları saymaqla bitmir.

inadcil-oskureyin-dermani
13.12.2022 22:24 3 dəq oxuma

Qış aylarında şəfa niyyətinə  az miqdarda və nizamlı istehlak edilən şam qozası siropu öskürəkdən tənəffüs problemlərinə, yuxusuzluqdan stressə qədər bir çox xəstəliklərin öhdəsindən gəlməyə kömək edir. 

Bitməyən öskürək üçün bir çarə axtarırsınızsa, yanıq kəhrəba rəngi ilə diqqət çəkən və yaşıl qozalardan hazırlanan şam qozası siropu dadınıza çatacaq. 

TurpKimi.com xalq təbabətində və tibdə geniş istifadə edilən şam qozası siropunun faydaları haqda maraqlı məlumatları oxucuları ilə bölüşür. 

Şam qozası siropu tənəffüs yollarını təmizləyir, astma, bronxit və bəlğəmli öskürəkdə istifadəsi müsbət nəticə verir.  Tərkibində yüksək mqdarda  C vitamini və minerallar olan sirop soyuq qış aylarında orqanizmi  qrip kimi infeksiyalardan qoruyur. 

Şam qozası yaşıl olanda ağacdan yığılır və qaynadılaraq hazırlanan siropun təbii halda şəkərsiz, yüngül acı dadı var.  Siqaret çəkənlər üçün çox faydalıdır: ağciyərləri təmizləyir və daha rahat nəfəs almağa kömək edir. 

Xüsusilə gecə müşahidə edilən nəfəs darlığı, öskürək  varsa, yatmazdan 2 saat əvvəl 1 yemək qaşığı  istehlak edə bilərsiniz.

 Türkiyəli mütəxəssis, sağlamlıq üzrə həkim Dr. Feridun Kunak  siqaret çəkənlər, ağciyər və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər  üçün şam qozası siropu reseptini bölüşüb. 

"Yaşıl və təzə şam qozalarından  10 ədəd yığın, şam qozasını ikiyə bölün və üzərinə 10 stəkan su əlavə edərək 15 dəqiqə qaynadın və süzün. Ağciyərləri rahatlaşdırmaq, öskürəyi və nəfəs darlığını aradan qaldırmaq və astmanı yüngülləşdirmək  üçün səhər-axşam 1 yemək qaşığı istehlak edin. Stressli günlər keçirirsinizsə, şam qozası siropu sizə də yaxşı təsir göstərəcək.

Aparılan araşdırmalar da  təzə qozalardan əldə edilən bu siropun stressi azaltdığını, sakitlik və dinclik verdiyini sübut edib. Şam qozası siropu o qədər faydalıdır ki, hər gün az miqdarda istehlak etmək immunitet sisteminin sürətlə güclənməsini təmin edir. Bədənin ehtiyacı olan mineralları bünyəsində saxlayan bu sirop antioksidant təsiri sayəsində ciyərləri təmizləyir, bədən üçün detoks təmin edir. 

Ürək və damar xəstəliklərinə tutulma riskini azaldır.

Güclü antioksidant olan qoza siropu xərçəng hüceyrələrinin orqanizmdə yayılmasının qarşısını alır.  Daxili orqanları daxildən təmizləyir,  bağırsaqların da nizamlı və sağlam şəkildə işinə kömə edir və   qəbizlik probleminə çarədir. 

Səhər, ya da axşam ac,  ya da tox qarına ən çox 1 yemək qaşığı istehlak etmək tövsiyə edilir. Nizamlı istehlak edilən şam qozası siropunun faydaları bunlardır:

Öskürəyi aparır
Tənəffüs yollarını açır, rahat nəfəs almağı dəstəkləyir
İmmunitet sistemini gücləndirir
Qrip, soyuqdəymə, bronxit, astma və KOAH kimi xəstəliklərin qarşısını almağa kömək edir
Sakitləşdirir və stressi azaldır
Yuxu ilə bağlı problemlərə yaxşı təsir edir
Bəlğəmgətirici  xüsusiyyətə malikdir.
Bağırsaq sistemini tarazlayır, qəbizliyi önləyir

Bu siropu klassik mürəbbə, ya da şərbət kimi görməyin və yalnız fayda vermək üçün gündə  1 yemək qaşığı istehlak edin.

Xroniki bir xəstəliyiniz və nizamlı istifadə etdiyiniz dərmanlar varsa, qoza siropu istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com