Xüsusilə göbək ətrafında piylənmədən əziyyət çəkirsinizsə, bu məqalə sizin üçündür.
Arıqlamaq istəyənlər həmişə göbək və ətrafında olan yağların nə dərəcədə inadcıl olduğunu bilirlər. Xüsusilə yay aylarında bu hissədəki yağlar kompleks yaradır. Yalnız üç ərzaqdan istifadə edərək inadcıl yağları əritməyə nail olmaq mümkündür.
TurpKimi.com qatıq, limon, pul bibər möcüzəsindən necə istifadə etməyiniz haqda bəzi ipuclarını oxucuları ilə bölüşür.
Lazım olanlar:
2 yemək qaşığı limon suyu
5-6 yemək qaşığı az yağlı qatıq
2 kiçik çay qaşığı pul bibər
Hazırlanma qaydası:
Ləvazimatları bir kasaya töküb yaxşıca qarışdırın. Pul bibərdən çox istifadə etsəniz mədənizə zərər verə bilər, ona görə də ölçüyə mütləq diqqət yetirin.
Tətbiq üsulu:
- Gecələri xüsusilə 1 saat yatmazdan əvvəl qarışığı istehlak edin. Bu qarışığı yedikdən sonra hər hansı bir qida yeməyin. İki həftə boyunca istehlak etdikdən sonra göbəyinizdəki qabarıqlıq və yağların yox olduğunu görəcəksiniz.
Vüsalə Əlövsətqızı, Turpkimi.com