Ürəyi qidalandıran damarlarda anidən yaranan tıxanma nəticəsində infarkt baş verir.
İnfarkt zamanı cəld tərpənmək və vaxt itirməmək çox vacibdir. Ona görə də infarktın əvvəlcədən, erkən mərhələdə təsbit edilməsi insanı həyati təhlükədən qoruyur. İnfarkt keçirdiyinizdən şübhələndiyinizdə; cəld olmaq və təcili tibbi yardımı köməyə çağırmaq həyatda qalma şansını böyük ölçüdə artırır.
TurpKimi.com xəbər verir ki, kardioloq Dr. Yaşar Turan infarkt zamanı hər kəsin mütləq bilməli olduğu əsas detalları açıqlayıb.
1. Ətrafınızda başqaları varsa, təcili yardım sizə çatana qədər yanınızda qalmasını istəyin. Birindən sizi avtomobili ilə xəstəxanaya aparmasını istəməyin, əksinə 103-ü yığmaq ən sürətli yoldur.
2. Təksinizsə yaxınlarınıza xəbər verdikdən sonra şüurunuzun bağlanma ehtimalı olduğu üçün evin qapısını açıq qoyun.
-Gələnlərin sizi asanca tapa bilməsi üçün qapıya yaxın, etibarlı yerdə, möhkəm yerə söykənərək rahat bir şəkildə oturun.
3. Avtomobil idarə edirsinizsə, avtomobili yol kənarında saxlayın və köməyin gəlməyini gözləyin.
4. Sakit olmağa çalışın və hərəkət etməyin.
Xəstə yaxınları da bu mövzuda diqqətli olmalıdır və boş yerə təlaşlanmamalıdırlar. Xəstənin stressini azaltmaq və qorxusunu aradan qaldırmaq daha faydalı olacaq.
5. Təcili yardım gələnə qədər nə edilə bilər?
-Aspirinə qarşı bilinən bir allergiyanız yoxdursa aspirin ata bilərsiniz. Aspirini ağızınızda əzərək çeynəyin və az miqdarda su ilə udun.
-Əgər həkiminiz tərəfindən daha əvvəl məsləhət görülübsə dilaltı həb (nitrat) qəbul edə bilərsiniz. Lakin həkim məsləhət verməyibsə, atmayın.
6. Doğru kimi bilinən yanlışlar
Öskürmək:
İnfarkt keçirdiyinizi anladığınızda davamlı olaraq öskürməyin faydalı olduğu fikri doğru deyil. Bu vəziyyət yalnız ürək döyünməsində anidən azalma olduğu zamanlarda qısa müddətdə təsirli ola bilər. Təcili müdaxilə qrupu belə bir vəziyyətdə qısa bir müddətdə öskürmənizi istəyə bilər. Bunun xaricində öz başınıza davamlı etmək sizə gərəksiz efor etdirəcəyindən infarkt əsnasında məsləhət görülmür.
7. İsti və ya soyuq duş:
Faydası yoxdur, infarkt əsnasında qətiliklə tövsiyə edilməməkdədir. İnfarkt əsnasında isti və ya soyuq tətbiq edilən digər üsulların da faydası yoxdur.
8. Masaj:
Sinə və ya kürək nahiyyənizi masaj etdirməyin.
9. Su və bibər:
İnfarkt zamanı su içilməsi və acı bibər yeyilməsinin infarkta heç bir faydası yoxdur. Əksinə infarktda tez-tez rast gəlinən ürəkbulanma və qusma nəticəsində nəfəs borusuna qaça biləcəyi üçün xəstə yeməyi və içməyi kəsməlidir.
10. İnfarktın əlamətləri
-İnfarktın klassik əlaməti sinədə, xüsusilə orta nöqtədə, bir neçə dəqiqədən daha çox davam edən ağrıdır.
-Bu narahatlıq təzyiq, gərginlik, sıxılma və ya ağrı kimi hiss edilə bilər.
-Ağrı boyun, qollar, kürək, çənə və ya mədəyə yayıla bilər.
-Sinədə yeri tam göstərilə bilməyən ümumi bir narahatlıq kimi hiss edilə bilər.
-Kişilərdə infarkt zamanı ümumiyyətlə klassik sinə ağrısı müşahidə edilir.
-Bununla birlikdə menopozdan sonra qadınlarda və şəkər xəstəsi olanlarda bu klassik sinə ağrısı müşahidə edilməyə bilər.
11. Yaşlılarda, menopozdan sonra qadınlarda və diabet xəstələrində yuxarıdakı kimi tipik bir sinə ağrısı olmadan da infarkt inkişaf edə bilər. Bu xəstələrdə aşağıdakı hallar ola bilər.
-Ürək bulanması, həzmsizlik, mədə qıcqırması və ya qarın ağrısı
-Nəfəs darlığı
-Tərləmə
-Baş gicəllənməsi
Vüsalə Əlövsətqızı, TurpKimi.com