İnfarktın əsas əlamətləri məlum oldu


İnfarktla panik atakın fərqi...

infarktin-esas-elametleri-melum-oldu
27.11.2020 11:07 1 dəq oxuma

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb.

Bu barədə “Express” nəşri xəbər verir.

Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər.

Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda sinə ağırsı, ürəkbulanma və nəfəs darlığı da hər iki xəstəliyin simptomudur.

Bununla belə, əgər sinə ağrısı bədənin digər hissələrinə - sol qol, boyun, çənə, bel və qarın nahiyəsinə yayılırsa, bu infarktın əlamətidir. İnfarkt zamanı ürəkbulanma ilə yanaşı qusma, öskürək və tərləmə də olur.

Panik hücum zamanı isə insanlarda üşümək və ya yüksək temperatur olur, ürək döyüntüsü tezləşir, titrəmə olur, boğulma hissi yaranır, ağız quruluğu və qulaqlarda küy əmələ gəlir.

Report.az / TurpKimi.com

loading...