İnfarktın yaxınlaşmasını tezləşdirən amil


Ciddi xəstəlik və ölümə gətirib çıxaran səbəb...

infarktin-yaxinlasmasini-tezlesdiren-amil
29.03.2021 12:12 1 dəq oxuma

“Gənc yaşlarından başlayaraq qanda xolesterolun səviyyəsini izləmək və lazım olduqda azaltmaq məsləhətdir. Əgər aşağı sıxlıqlı lipoproteinlər (LDL) xolesterolu 4.9 mmol / l-dən çox olarsa, mütləq endirilməlidir”.

Bunu terapevt, kardioloq, tibb elmləri doktoru, professor Elena Malışeva bildirib.

Həkim bildirib ki, genetik problemləri olan gənclər çox vaxt infarkt keçirirlər:

“Bundan əlavə, şəkərli diabetiniz varsa mütləq xolesterolu azaltmaq lazımdır. Xəstəlik yüksək insult və infarkt riski ilə əlaqələndirilir. Dərman qəbul etməzdən əvvəl həkimə müraciət etməlisiniz”.

Qeyd edək ki, yağlı qida, ürək, beyin, böyrək xolesterol mənbəyidir. Kəpək, yulaf unu, alma, sitrus meyvələri, sarımsaq qandakı yağ səviyyəsinin azalmasına kömək edir.

Report.az / TurpKimi.com