Əksəriyyət indi kombinin havasını sağlamlıq bilir...
“İnfeksiyaların artdığı zaman bədəni xəstəliklərdən qorumaq üçün daha çox gəzmək lazımdır”.
TurpKimi.com bildirir ki, bunu allerqoloq-immunoloq Vladimir Bolibok məsləhət görüb. KP.RU ilə söhbətində mütəxəssis immunitet sistemini zəiflətməmək və xroniki xəstəliklərin kəskinləşməsi ilə üzləşməmək üçün hipotermiyadan qaçınmağın vacib olduğunu vurğulayıb
“Təmiz havada daha çox gəzin. Ancaq şiddətli şaxtada yox. Hipotermiya (insanın uzun müddət soyuq şəraitdə qalması, soyuqdəymə) immunitet sistemini zəiflədir və həm kəskin infeksiyalara yoluxma, həm də xroniki xəstəliklərin şiddətlənməsi riskini artırır”, - immunoloq qeyd edib.
Soyuqdəymə dövründə fiziki fəaliyyətə vaxt ayırmaq vacibdir. İdman ümumi tonusu yaxşılaşdırır və immun sistemini gücləndirir. Bolibok fiziki fəaliyyətin orta səviyyədə olması barədə də xəbərdarlıq edib: “Qidalanmada tərəvəz və meyvələrə üstünlük vermək faydalıdır. Onlar bədənin asılı olduğu bağırsaq mikroflorasına müsbət təsir göstərəcəklər”.
Firuzə Alimova / TURPKİMİ.COM