İnsan ağlını bir aya məhv edən içkinin adı məlum olub


Bu zədələnmədən sonra bərpa olmaq mümkün deyil...

insan-aglini-bir-aya-mehv-eden-ickinin-adi-melum-olub
18.04.2024 17:18 1 dəq oxuma

“Bir ay ərzində hər gün araq içmək insanın intellektual sistemini yavaş-yavaş sıradan çıxara bilər”.

TurpKimi.com bildirir ki, bu fikirləri Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin müəllimi Aleksandr Umnov “NEWS.ru”ya bildirib. Onun fikrincə, orqanizmin belə bir yüklənmədən sağalması demək olar ki, mümkün deyil.

“Hər gün araq içirsinizsə, bir ay ərzində bir insanın intellektual sistemi davamlı zədələnəcək və onu bərpa etmək demək olar ki, mümkün olmayacaqdır. Üç-altı aydan sonra isə araq mədə-bağırsaq traktını və qaraciyəri məhv edəcək”, - Umnov əlavə edib.

Həkim arağın zərərini belə izah edib: “Daxili orqanlarda geriyə dönüşü olmayan zədələnmələr baş verir, çünki bədənin bütün toksinləri çıxarmağa zamanı olmur”.

Firuzə Alimova / TURPKİMİ.COM