İnsan nə qədər "fast food" yesə, kor ola bilər?


Uzun müddət “fast food” qəbul edən yeniyetmələrdə ciddi görmə problemləri olur...

insan-ne-qeder-fast-food-yese-kor-ola-biler
02.11.2024 01:27 1 dəq oxuma

Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin eksperti və ən yüksək kateqoriyalı oftalmoloq Tatyana Şilova xəbərdarlıq edib ki, bir neçə həftə yalnız “fast food” yemək korluğa səbəb ola bilər.

“NEWS.ru” ilə söhbətində mütəxəssis qeyd edib ki, görmə itkisi əsas vitamin və mineralların çatışmazlığı səbəbindən baş verir.

“Fast food”dan görmə itkisi əsas vitamin və mineralların çatışmazlığı səbəbindən mümkündür. Uzun müddət “fast food” qəbul edən yeniyetmələrin ciddi görmə problemləri ilə üzləşdiyi tibbi olaraq təsdiqini tapmışdır. Hər bir orqanizmin özünəməxsus müddəti var. Belə ki, “fast food” bir neçə həftə orqanizmin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə və bəzi hallarda geri dönməz dəyişikliklərə səbəb ola bilər”, - deyə həkim izah edib.

Oftalmoloqun sözlərinə görə, A vitamini gözlər üçün çox vacibdir. B12 vitamini və fol turşusunun olmaması görmə zəifliyinə və korluğa səbəb ola bilər. Oftalmoloq xəbərdarlıq edib ki, f'stfudların yüksək yağ və şəkər tərkibi şəkərli diabet, miyopiya və tor qişanın ağırlaşmaları kimi xroniki xəstəlikləri təhdid edir.

“Neyropatiya həmişə ciddi bir problemdir. İmpakt faktoru aradan qaldırılsa belə, problem tam aradan qalxmır, çünki tor qişada və ya görmə sinirində baş verən hər hansı dəyişiklik sinir toxumasının problemidir, ölür və bərpa olunmur. Bu gün itirilmiş hər hansı bir şeyi bərpa etmək mümkün deyil”, - Şilova vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM