İnsan vücudunu nələrlə yeniləyə bilər? - Bədəninizdəki zəhəri təmizləməyin yolu


Gündəlik həyatımızda qaçaqaçda sağlam qidalanmağı unuduruq. Günün müəyyən paylarını buraxır, ayaqüstü atışdırmalıqlar yeməli oluruq. 

insan-vucudunu-nelerle-yenileye-biler
18.05.2022 11:32 4 dəq oxuma

Bu da vücudumuzun zəhərlənməsinə, toksinlərlə dolmasına səbəb olur. Niyyətimiz toksinlərin zərərindən yazmaq deyil. Bunu hamı bilir.

Vücudu bu zəhərlərdən nə yeməklə təmizləyə bilərik?

Sağlam qidalanma üzrə mütəxəssis Roksi Menase orqanzimi  yeniləyən 10 qida haqda vacib açıqlamalar verib. 

TurpKimi.com xarici mediaya istinadla həmin açıqlamaları oxucularına təqdim edir:

Kök

A vitamini və ya digər adıyla retinol xüsusilə yaşlanmış hüceyrələrin yenilənməsində xüsusi rol oynayır. Retinolu qidalara narıncı-qırmızı piqmentini verən beta karoten tərkibli qaynaqlar təmin edir. Kök zəngin beta karoten tərkibi ilə xüsusilə göz, dəri və saç sağlamlığını gücləndirən qidalardan biridir.  Gündəlik bəslənmədə kökü salatlarınıza çiy olaraq doğraya bilər, ya da tərəvəz yeməklərinizin içərisinə əlavə edə bilərsiniz.

Turp

Qış mövsümünün imtinaedilməzi  olan turpkimilər fəsiləsi ailəsi; brokoli, gül kələmi, kələm, brüksel kələmi və turp kimi bir çox faydalı qidadan ibarətdir.  Fərqli rəng və şəkildə olmaları hər birinin məzmununda fərqli vitamin, mineralın çoxluğunun göstəricisidir. Bu ailənin bir üzvü olan turp folik turşu, K vitamini və antioksidant cəhətdən olduqca zəngindir. Ehtiva etdiyi güclü vitaminlər və antioksidantlar sayəsində bədəndəki iltihabı azaldır və xərçəngin meydana gəlmə riskini aşağı salır. Hüceyrə yenilənməsində rol oynayır və bədəndə yaranan sərbəst radikallarla döyüşərək immunitet sistemini gücləndirir.

Nar

Mütəxəssis Roksi Menase qeyd edir ki, nar bəzi inanclarda sonsuz həyatın simvoludur. Tərkibində  lif, C, K vitamini və antioksidantlar var.  Bir boşqab nar gündəlik  K vitamininin az qala yarısını ehtiva edər. K vitamini qanın laxtalanmasına kömək edərək yaraları tez sağaldır. K vitamini ilə zəngin olan nar kalsium vitamininin sümüklər tərəfindən daha yaxşı əmilməsini təmin edərək sümükləri də gücləndirir. 

İspanaq

Tərkibində olan yüksək miqdarda C vitamini  kollagen istehsalını artıraraq dərinin sağlam görünüşünü saxlayar.  İspanaq eyni zamanda  yüksək  miqdarda lif, kalium və K vitamini ehtiva edir. Bu da həm hüceyrəni yeniləyir, həm də ürək, damar və bağırsaq sağlamlığını qoruyur, əzələləri gücləndirir, zehni və fiziki yorğunluğu önləyir.  İspanağı istər çiy, istərsə də bişirərək tərəvəz yeməyi hazırlaya bilərsiniz. 

Sarıkök

Sarıkök uzun illər Hindistanda tibbi məqsədlərdə istifadə edilmiş bir ədviyyatdır. İçərisində "curcuminoid"- kurkimin  adı verilən güclü antioksidant komponentlər var. İltihab əleyhinə  təsir göstərərək vücudu sağaldar və bədəndə detoks təsiri yaradaraq dəri sağlamlığını qoruyar. Sarıkök həm də xərçəngə qarşı qoruyur. Yeməklərinizə gündə bir çay qaşığı sarıkök əlavə edə bilərsiniz.

 Amma öd kisəsi xəstəliyi olanlar və qan sulandırıcı dərman istifadə edənlər istifadə etməməlidir. 

Pırasa

Pırasa qiymətli bir antioksidant olan karotenoid ailəsindən "lütein" ehtiva edir. Lütein göz, dəri və kardiovaskulyar narahatlıqlarda müəyyən orqanlardakı sərbəst radikalların sayını azaldaraq xəstəlik müddətinin azalmasına və bu toxumaların sürətlə təmir edilməsinə kömək edir. Bu antioksidant ən çox çuğundur, pırasa və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərdə var. Az kalori və bol vitamin ehtiva edən pırasa arıqlamağa kömək edər və  qəbizliyin qarşısını alar, bədənin müqavimətini artırar. 

Kefir

Qidalardan aldığımız vitamin və mineralları bağırsaqların sağlam şəkildə sormağı və vücuda  köçürə bilməyi üçün bağırsaq florasının sağlamlığı çox əhəmiyyətlidir. Müxtəlif ekoloji və diyet faktorları bağırsaq keçiriciliyinə təsir edir. Probiotik xüsusiyyətiylə kefir bağırsaq florasının bütünlüyünün qorunması və təmirində böyük rol oynayır. Ən güclü qaynağı günəş olan D vitamini kefirdə çoxdur. Hər gün yuxudan əvvəl 1 stəkan kefir istehlak etməyə vərdiş etmək lazımdır. 

Yağlı toxumlar

Qoz, fındıq, badam üçlüyü və kətan toxumu kimi yağlı toxumlar çoxlu miqdarda doymamış yağ turşusu olan Omeqa 3-lə zəngindir.  Bu həm bədəni, həm də beyni yeniləməyə kömək edir. Pis xolesterolu azaldan bu qidalar eyni zamanda bağırsaq hərəkətliliyini təmin edərək qəbizlik probleminə yaxşı təsir edir.  Ancaq kalorisi  çox olduğu üçün  gündə cəmi bir ovuc yemək lazımdır. 

Yumurta

Yumurta keyfiyyətli zülal, dəmir, B12, D, və A vitamini qaynağıdır. Əzələlərin inkişafına, saç, dırnaq və dərinin təmir edilməsinə kömək edir. B12 vitamini çatışmazlığında daha çox istifadə edilir.  B 12 əskikliyində; unutqanlıq, halsızlıq, saç tökülməsi, dəri quruluğu və ürək döyünməsi  kimi şikayətlər olur.  Hər səhər yediyiniz 1 ədəd yumurta və 1 dilim ağ pendir gündəlik B12 vitamini ehtiyacının yarısını qarşılayır.

Kilkə balıq

Kiçik ölçülü və ucuz olmağına baxmayaraq kilkə omeqa 3 çoxlu yağ turşuları cəhətdən ən zəngin balıq növlərindən biridir. Ehtiva etdiyi qiymətli yağ turşuları beyin sağlamlığına müsbət təsir edir,  yaddaşı gücləndirir, damarları qoruyaraq ürək problemlərini önləməyə kömək edir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 05-02-2020