“Axı, oruc ruhu gücləndirir, immunitet isə məhz insanın ruhudur…”
Rusiyada tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov "Sağ olun, həkim" verilişində Ramazan ayında tutulan orucun koronavirus epidemiyası zamanı immunitet sisteminə təhlükə yaratmadığını söyləyib.
Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
Həkim qeyd edib ki, insanın immuniteti məhz mədə boş olanda deyil, əksinə, tam dolu olanda zəifləyir.
“Üstəlik, müsəlmanlar daim ac qalmırlar; səhər və axşam yemək yeyirlər, bu isə kifayətdir. Mən peşəkar həkiməm və dindar olmayan bir insanam. Hər hansı bir dinə mənsub olmaq mənim üçün çətindir, çünki atam pravoslav, anam isə müsəlmandır. Ancaq inanıram ki, oruc yalnız immunitet sistemini gücləndirir. Axı, oruc ruhu gücləndirir, immunitet isə məhz insanın ruhudur ” – deyə Myasnikov vurğulayıb.
Yazılıb: 25.04.2020-ci ildə...
TurpKimi.com