Ciddi dəyişikliklərin baş verdiyi yaş...
Bədənin qocalmasının tədricən və vahid bir proses olduğuna dair geniş yayılmış bir inanc var. Lakin bu belə deyil.
TurpKimi.com xəbər verir ki, “Stenford” Universitetinin mütəxəssisləri öz kəşfləri haqda “Nature Aging” jurnalında məlumat veriblər.
Məlum olub ki, yaşa bağlı molekulyar dəyişikliklərin iki əsas dalğası var, onlar 44 və 60 yaşlarında baş verir. Bu, bir neçə il davam edən araşdırma zamanı aşkar edilib. Araşdırmada 25-75 yaş arası 108 könüllü iştirak edib. Təcrübə zamanı ekspertlər subyektlərin qan, nəcis, dəri və burun çubuqlarında 135 min müxtəlif molekul və mikrobları analiz ediblər.
Tədqiqat göstərib ki, məhz bu yaş arayışları ilə müəyyən edilmiş sərhədlərdə ürək-damar və immun sistemlərinin vəziyyəti ilə bağlı olan strukturlarda molekulyar səviyyədə ən əhəmiyyətli dəyişikliklər baş verir və bu, maddələr mübadiləsindən də məsuldur.
Maraqlıdır ki, əvvəllər qadınlarda 40-50 yaş aralığında baş verən köklü dəyişikliklər perimenopozal dəyişikliklərin nəticəsi kimi şərh olunurdu. Amma oxşar dəyişikliklər kişilərdə də qeydə alınıb.
Firuzə Alimova / TURPKİMİ.COM