Suya və başqalarına güvənin olması kimi....
Qədim zamanlardan bəri insanlar və ağaclar arasında xüsusi əlaqə var. Bu bağlılığı meydana gətirən ortaq cəhətlər isə çoxdur: həm ağacların, həm də insanların əsasən sudan ibarət olması, oxşar fiziki xüsusiyyətləri, bir-birinə bağlı olmalarıdır. Bundan başqa, ağaclar karbondioksidi alıb oksigeni buraxır, biz isə oksigeni qəbul edib karbondioksidi buraxırıq.
Həm insanlar, həm də ağaclar tac, mərkəz və gövdədən ibarətdir. Ağciyərlərimizin boru şəklində olması isə ağacın kök sisteminə bənzəyir.
Hər insan və hər ağac bənzərsizdir, heç biri bir-birinin eynisi deyil. Ağaclar rənglərini dəyişə, budaqları fərqli şəkildə ola, bükülə, tumurcuq və çiçəkləri müxtəlif yerlərdə aça bilər. İnsanlar kimi ağaclar da hündürlük və həcm baxımından fərqlidir. Bəziləri uzun, bəziləri qısa boyludur, bəziləri arıq, bəziləri isə gendir. Hər ikisində müşahidə eilən bənzərsizlik və müxtəliflik dünyanı daha maraqlı və gözəl bir məkana çevirməyə kömək edir.
Həm insanlar, həm də ağaclar əsasən sudan ibarətdir və yaşamaq üçün bu mənbəyə güvənirlər.
İnsan orqanizmində hüceyrələr qədər mikrobların da olduğunu bilirdiniz? Bu mikroblar orqanizmin bir hissəsi olmasa da, insan həyatı üçün vacib olan fünksiyaları yerinə yetirirlər. İnsanlar kimi ağaclar da həyatda qalmaq və artmaq üçün digər canlı orqanizmlərə güvənir. Məsələn; bir çox ağac köklərinə yapışmaq və torpaqdan kifayət qədər su içmək üçün müəyyən göbələklərə etibar edirlər.
Ağacların ekosistemdə oynadığı rol insan və dünyadakı digər canlılar üçün üçün həyati əhəmiyyətə malikdir. Ağaclar kölgə və sığınacaq yaradır, torpaq eroziyasının, küləyin qarşısını alır, yeraltı suları təmizləyir, qidayla təmin edir.
Yale Universitetinin son araşdırmasına görə, yer üzündə 3 trilyondan çox ağac var. Amma bu rəqəmlər ildə 15 milyarddan çox azalır və insanlar onları kəsməyə başladığından bəri dünyadakı ağacların 45 faizi məhv olub. Həmçinin dünyada 7,6 milyarddan çox insan var və bu rəqəm hər il 80 milyon artır. Sayımız artdıqca, bizi qoruyan təbiəti məhv edənlərdən yox, gələcək nəsillər üçün daha da canlandırıb artıranlardan olaq!
Firuzə Alimova / TurpKimi.com