Mütəxəssislər insanları ən çox yaşlandıran səbəbləri açıqlayıblar.
TurpKimi.com xəbər verir ki, araşdırmaların nəticələrinə görə insan ömrünü qısaldan, onu daha tez qocaldan iki şey siqaret və stresdir. Uzun və sağlam həyat üçün bu iki şeydən mütləq uzaq durmaq lazımdır.
40 il boyunca gündə bir paket siqaret çəkmək ömürünüzdən ortalama olaraq 7 il aparır. Uzun müddət stress faktorlarıyla yaşamaq da erkən yaşlanmağa yol aça bilir.
Yaşlanma həyatın qaçınılmaz mərhələsidir. Sağlam yaşlanmaq isə sizin əlinizdədir.
Aparılan araşdırmalara görə, 2030-cu ildə ortalama yaş 80 olacaq. Amerikanın Əhali Bürosunun məlumatlarına görə, 2014-2015-ci illər arasında 65 yaş və 65 yaşdan yuxarı əhali 1 milyondan çox olub və getdikcə xəstəliklərlə mübarizə sayəsində artır.
Siqaret və stresdən sonra hərəkətsiz həyat, köklük, balanssız bəslənmə və çirkli mühitdə yaşamaq da insanı yaşlandıran ən əhəmiyyətli faktorlar arasındadır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 20-08-2019