İnsanları təsir altına salan xəstəlik - Nomofobiya nədir?


21-ci əsrin yeni xəstəliyindən əziyyət çəkənlər heç də az deyil.

insanlari-tesir-altina-salan-xestelik
13.09.2024 01:09 1 dəq oxuma

Nomofobiya mobil telefondan ayrılmaqdan qorxanlara verilən xəstəliyin adıdır.

Bildiyimiz kimi günbəgün texnologiya daha da inkişaf edir, həyatımızı müxtəlif yollarla asanlaşdırır. Əlbəttə ki, bu asan vasitələr arasında birinci olaraq mobil əlaqə vasitəsi xüsusi yer tutur. Çünki mobil telefon həyatımızın elə bir hissəsini zəbt edib ki, o olmadan özümüzü çətin və pis vəziyyətdə hiss etdiyimiz anlar olur. Hətta bəzən telefon əlimizdə olan zaman belə harda olduğunu unudub axtardığımız, itirdiyimizi zənn etdiyimiz hallar belə olub. Bu kimi hallar nomofobiyaya işarədir.

Lakin bu xəstəliyin göstəriciləri insandan insana dəyişir. İlkin olaraq psixoloji narahatlığa işarə etməkdədir.

Nomofobiyanın göstəriciləri...

Bu hal özünü xüsusilə panikaya düşmək, nəfəs darlığı, baş gicəllənməsi, titrəmə, tərləmə, ürək döyüntülərinin sürətlə artması, sinə ağrısı və ürək bulanması kimi fiziki olaraq təsir etməkdə göstərir.

Bununla yanaşı, insandan insana müxtəlif dəyişikliklərin göstəriciləri ilə ortaya çıxır. Mütəxəssislər nomofobiyanın mobil telefon istifadəçilərinin 53 faizinə təsir edəcəyini, 13 milyon ingilisin 21-ci əsrin yeni asılılığından əziyyət çəkdiyini bildirib.

Firuzə Alimova / TurpKimi.com