İllər ərzində bu dəyişə bilər...
İnsanların avtomobili idarə etmə tərzləri illər içində dəyişə bilər; bəzi kiçik dəyişikliklər Altsheymer xəstəliyinin başlanğıcı ola bilər.
“Sondakika” xəbər verir ki, amerikalı alimlər apardıqları araşdırma nəticəsində bu qənaətə gəilblər.
65 yaşdan yuxarı 139 nəfərin GPS vasitəsi ilə bir ərzində izlənməsi zamanı onların yarısında erkən və klinikadən əvvəlki mərhələdə Altsheymer xəstəliyi müəyyən edilib.
Məlum olub ki, Altsheymerin başlanğıcında olanlar avtomobili daha yavaş sürür və qəfildən zolağı dəyişməyə meyilli olur, gecələr daha az səyahət edir, ümumilikdə daha az yol qət edir, daha az yerə gedir və bildiyi yolu dəyişmir.
Oxu.az / TurpKimi.com